Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-85/2026 13.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçı ASC xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə məhkəməyə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunaraq İddiaçı ASC-nin Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 06 yanvar 2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı ASC-yə (bank rekvizitləri: AFB Bank ASC, kod:503217, VÖEN **********, Müxbir hesab AZ81NABZ********************, S.W.İ.F.T. BİK AZFİAZ22, VÖEN:**********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(5-104)-85/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-85/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver