Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-914/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Abasova (Mirzai) Pərvin Fərhad qızına qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Abasova (Mirzai) Pərvin Fərhad qızına qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE WATCH, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 763,31 (yeddi yüz altmış üç manat, 31 qəpik) manat ödənilməmiş hissə, 76,33 (yetmiş altı manat, 33 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********00431 OPPO A3, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti üçün, 202,46 (iki yüz iki manat, 46 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 20,25 (iyirmi manat, 25 qəpik) manat cərimə, ümumilikdə 1085,95 manat borc, 30,86 manat ödənilmiş dövlət rüsumu cavabdeh Abasova (Mirzai) Pərvin Fərhad qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh Abasova (Mirzai) Pərvin Fərhad qızına məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib APPLE WATCH, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Abasova (Mirzai) Pərvin Fərhad qızı APPLE WATCH, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 100 manat ilkin ödənişli, 12 ay ərzində hər ay 109,56 (yüz doqquz manat əlli altı qəpik) manat olmaqla, cəmi 839,64 (səkkiz yüz otuz doqquz manat altmış dörd qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 18715792 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ Kod **********00431 OPPO A3, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 18715792 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Abasova (Mirzai) Pərvin Fərhad qızı İMEİ Kod **********00431 OPPO A3, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti üçün 24 manat ilkin ödənişli, 18 ay ərzində hər ay 29,84 (iyirmi doqquz manat səksən dörd qəpik) manat olmaqla, cəmi 246,31 (iki yüz qırx altı manat otuz bir qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən Abasova (Mirzai) Pərvin Fərhad qızının ********* saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə APPLE WATCH üçün 763,31 (yeddi yüz altmış üç manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 76,33 (yetmiş altı manat otuz üç qəpik) manat cərimə; 18715792 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ Kod **********00431 OPPO A3 markalı telefon üçün 202,46 (iki yüz iki manat qırx altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 20,25 (iyirmi manat iyirmi beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 1085,95 (bir min səksən beş manat doxsan beş qəpik) manat borc vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30,86 (otuz manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından görünür ki, alıcı Abasova (Mirzai) Pərvin Fərhad qızı satıcı ilə bağladığı yuxarıda qeyd olunan ********* saylı, xx.xx.2024-cü il və 18715792 saylı, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən Müqavilələrin 4.4, 4.5 və 5.1-ci və digər bəndləri “müqavilə azadlığı” prinsipi baxımından etibarlı şərt hesab edilir. Belə olan halda, satıcının verilmiş əşyaların dəyərinin ödənilməsini tələb etmək hüququ vardır. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, ********* saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 (iyirmi) manat məbləğində cərimə, 18715792 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 (on) manat cərimə müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Abasova (Mirzai) Pərvin Fərhad qızından ********* saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə APPLE WATCH üçün 763,31 (yeddi yüz altmış üç manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 18715792 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ Kod **********00431 OPPO A3 markalı telefon üçün 202,46 (iki yüz iki manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 995,77 (doqquz yüz doxsan beş manat yetmiş yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,86 (otuz manat səksən altı qəpik) manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Abasova (Mirzai) Pərvin Fərhad qızından ********* saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə APPLE WATCH üçün 763,31 (yeddi yüz altmış üç manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 18715792 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ Kod **********00431 OPPO A3 markalı telefon üçün 202,46 (iki yüz iki manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 995,77 (doqquz yüz doxsan beş manat yetmiş yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,86 (otuz manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(5-104)-914/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-914/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver