Məhkəmə qərarları › İş №e-2(5-105)-303/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-105)-303/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(5-105)-303/2026 02.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Giriş hissə: X1 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod 51523/65qr01222 X2, Lg tv, Playstation 5, 3 ədəd zəmanət + 2 il xidməti üçun, 3657.42 (uç min altı yüz əlli yeddi manat, 42 qəpik) manat ödənilməmiş hissə, 365.74 (üç yuz altres beş manat 74 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, soyuducu Bosch, qabyuyan Bosh üçün, 2772.18 (iki min yeddi yuz yetmis iki manat, 15 qəpik) ödənilməmiş hissə, 277.22 (iki yuz yetmiş yeddi manat, 22 qəpik) manat dəbbə; Ümumilikdə 7072.56 manat borc 90.73 manat ödənılmış dövlət rusumu Cavabdeh alınaraq "xxxx" Mədud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli muqavilələrə əsasən İmei kod 51523/65qr01222 xıaomı redmı pad, lg tv. playstatıon 5, 3 ədəd zəmanət + 2 ıl xidməti? soyuducu bosch qabyuyan bosch almış və nəticədə 7072.56 (yeddi min yetmiş iki manat, 56 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4221.42 (dörd min iki yüz iyirmi bir manat, 42 qəpik) manat (18 ay x 203.19 manat +564 manat ilkin ödəniş) olan İMEİ Kod 51523/65QR01222 xıaomı redmı pad, lg tv, playstatıon 5, 3 ədəd zəmanət + 2 il xidmət üçün ümumilikdə, 4023.16 (dörd min iyirmi uç manat, 16 qəpik) manat olmaqla ondan 3657.42 (üç min altı yüz əlli yeddi manat, 42 qəpik) manat ödənilməmiş hissə güzəşt olunaraq 365.74 (üç yüz altmış beş manat, 74 qəpik) manat dəbbə; 28.06. 2025-ci il tarixli mugavilayə əsasən alqı-satqı qiyməti 4323.18(dörd min üç yüz iyirmi üç manat, 18 qəpik) manat (18 ay 154.01 manat 1551 manat ilkin ödəniş) olan soyuducu bosch, qabyuyan bosch üçün ümumilikdə, 3049.40 (üç min qırx doqquz manat, 40 qəpik) manat olmaqla ondan, 2772.18 (iki min yeddi yüz yetmiş iki manat, 18 qəpik) manat ödənilməmiş hissə güzəşt olunaraq 277.22 (iki yüz yetmiş yeddi manat, 22 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmı ödədiyi məbləg 2115 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsi məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin predmeti olan zəmanət + 2 il xidməti, X2, Lg tv, Playstatıon 5, adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin predmeti olan soyuducu Bosch, qabyuyan Bosch adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

9. 14 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 7072.56 manat məbləğində borcu vardır.

b) tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Belə ki, borcun əsası olan müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli, təhviltəslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh zəmanət + 2 il xidməti, Xiaomi Redmi pad, Lg tv, Playstation 5 adlı müqavilənin predmeti olan əşyanı almış, əşyanın qiyməti 4023.16 manat, aylıq ödəniş 203.19 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.

15. Belə ki, digər müqaviləyə əsasən borcun əsası olan müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli, təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh, soyuducu Bosch, qabyuyan Bosch adlı müqavilənin predmeti olan əşyaları almış, əşyanın qiyməti 3049.40 manat, aylıq ödəniş 154.01 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.

16. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq hazırkı vaxta 1-ci müqavilə üzrə 3657.42 manat əsas borcu, 2-ci müqavilə üzrə isə 2772.18 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

17. Həmçinin, iddiaçı tərəfindən 1-ci müqavilə üzrə 365.74 manat cərimə borcu, 2-ci müqavilə üzrə 277.22 manat cərimə borcu hesablanmışdır.

16. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

17. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

18. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 365.74 manat dəbbə pulunun məbləğinin azaldılaraq 37 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 277.22 manat dəbbə pulunun məbləğinin azaldılaraq 28 manat, məbləğdə müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.

19. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 90.73 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 65 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-cü il tarixli müqavilə üzrə 3657.42 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2025-ci il tarxli müqavilə üzrə 2772.18 manat ödənilməmiş hissə, 28 manat cərimə, dövlət rüsumunun əvəzi olaraq 65 manat olmaqla, cəmi 6559.60 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar