Məhkəmə qərarları › İş №e-2(5-105)-510/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-105)-510/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(5-105)-510/2026 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 X1 Divan, 2 Ədəd Zəmanət + 2 il Xidmət üçün 23,86 manat ödənilməmiş hissə, 2,39 manat cərimə olmaqla, ümumilikdə 26,25 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək Cavabdeh borc öhdəliyini yerinə yetirdiyi üçün iddia ərizəsinin, eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizəsi təmin edilməli və onun hazırki iş üzrə dövlət rüsumu kimi ödəmiş olduğu 30 manat pul iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC-nin iş materiallarına əlavə etdiyi ********** saylı qəbzin surətindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2026-cı ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC-nin hazırki iddia ərizəsi (e-2(5-105)-510/2026 saylı mülki iş) üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar