Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(5-106)-174/2026 25.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən 1158,96 manat əsas borc, 115,90 manat cərimə, 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən 461,88 manat əsas borc, 46,19 manat cərimə, hər iki faktura üzrə ümumilikdə 1782,92 manat borc və 37,83 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən cavabdeh iddiaçıdan 160 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə hər ay 193,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1318,96 manat olan “Playstation 5” almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 38,49 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 461,88 manat olan 2 ədəd “PS5” pultu almışdır. Cavabdeh hər iki faktura üzrə cəmi 160 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh hər iki faktura üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən 1158,96 manat əsas borc, 115,90 manat cərimə, 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən 461,88 manat əsas borc, 46,19 manat cərimə, hər iki faktura üzrə ümumilikdə 1782,92 manat borc və 37,83 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən cavabdeh iddiaçıdan 160 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə hər ay 193,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1318,96 manat olan “Playstation 5” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 38,49 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 461,88 manat olan 2 ədəd “PS5” pultu alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən 1158,96 manat əsas borc, 115,90 manat cərimə, 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən 461,88 manat əsas borc, 46,19 manat cərimə, hər iki faktura üzrə ümumilikdə 1782,92 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən cavabdeh iddiaçıdan 160 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə hər ay 193,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1318,96 manat olan “Playstation 5” almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 38,49 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 461,88 manat olan 2 ədəd “PS5” pultu almışdır. Cavabdeh hər iki faktura üzrə cəmi 160 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh hər iki faktura üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483588 saylı fakturaya əsasən 1158,96 manat əsas borc, 115,90 manat cərimə, 22 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 22 fevral 2025-ci il tarixli 11483689 saylı fakturaya əsasən 461,88 manat əsas borc, 46,19 manat cərimə, hər iki faktura üzrə ümumilikdə 1782,92 manat borcun alınmasını tələb etməkdə haqlıdır Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki faktura üzrə 1620,84 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 1630,84 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 06 yanvar 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 37,83 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,83 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, Q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 1620,84 manat əsas borc, 10 manat cərimə və ödənilmiş 37,83 manat dövlət rüsumu olmaqla, cəmi 1668 (bir min altı yüz altmış səkkiz) manat 67 (altmış yeddi) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №e-2(5-106)-174/2026
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-106)-174/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver