Məhkəmə qərarları › İş №e-2(5-106)-294/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-106)-294/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(5-106)-294/2026 11.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 mart 2022-ci il tarixli, ACBK04866 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 721.39 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarasınız. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, OPTİMAL ELEKTRONİKA» MMC ilə cavabdeh X4 arasında bağlanmış 31 mart 2022-ci il tarixli, ACBK04866 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı 996,39 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 996,39 manat pulu ödəniş cədvəlinə əsasən 18 ay müddətinə, hər ay 55 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin 22 oktyabr 2025-ci il tarixli sorğusuna əsasən Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 22 noyabr 2025-ci il tarixli cavabından məlum olmuşdur ki, X4 20 avqust 2022-cü ildə vəfat etmişdir. X1 vəfat etdiyindən qanun üzrə vərəsəsi qismində kreditor qarşısında öhdəlikləri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 keçmişdir. Cavabdehlər müqavilə üzrə 275 manat ödəniş etmiş və qalıq 721,39 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA» MMC arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA» MMC-nin X3 qarşı olan 996,39 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 721.39 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 31 mart 2022-ci il tarixli, ACBK04866 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış 996,39 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 996,39 manat pulu ödəniş cədvəlinə əsasən 18 ay müddətinə, hər ay 55 manat alınması ilə əlaqədar OPTİMAL ELEKTRONİKA» MMC ilə cavabdeh X4 arasında müqavilə bağlanmışdır. İşdə olan 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA» MMC arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA» MMC-nin X3 qarşı olan 996,39 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 26 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, X2 ümumilikdə 721,39 borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, OPTİMAL ELEKTRONİKA» MMC ilə cavabdeh X4 arasında bağlanmış 31 mart 2022-ci il tarixli, ACBK04866 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı 996,39 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 996,39 manat pulu ödəniş cədvəlinə əsasən 18 ay müddətinə, hər ay 55 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin 22 oktyabr 2025-ci il tarixli sorğusuna əsasən Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 22 noyabr 2025-ci il tarixli cavabından məlum olmuşdur ki, X4 20 avqust 2022-cü ildə vəfat etmişdir. X1 vəfat etdiyindən qanun üzrə vərəsəsi qismində kreditor qarşısında öhdəlikləri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 keçmişdir. Cavabdehlər müqavilə üzrə 275 manat ödəniş etmiş və qalıq 721,39 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA» MMC arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA» MMC-nin X3 qarşı olan 996,39 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 721.39 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 721.39 manat borc pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. İşdə olan 14 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 721.39 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı 751 (yeddi yüz əlli bir) manat 39 (otuz doqquz) qəpik pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar