Məhkəmə qərarları › İş №e-2(5-106)-448/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-106)-448/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(5-106)-448/2026 18.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 oktyabr 2024-cü il tarixli, SNG001485 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 576 (beş yüz yetmiş altı) manat əsas borc, 86,40 (səksən altı manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 662,40 (altı yüz altmış iki manat qırx qəpik) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) manat dövlət rüsumu ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2024-cü il tarixli, SNG001485 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 977 (doqquz yüz yetmiş yeddi) manat dəyərində olan mala görə 100 (bir yüz) manat ilkin ödəniş olmaqla 877 (səkkiz yüz yetmiş yeddi) manat pulu ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, hər ay 73,08 (yetmiş üç manat səkkiz qəpik) manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 301 (üç yüz bir) manat ödəniş etmiş və qalıq 576 (beş yüz yetmiş altı) manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 17 oktyabr 2024cü il tarixli, SNG001485 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 576 (beş yüz yetmiş altı) manat əsas borc, 86,40 (səksən altı manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 662,40 (altı yüz altmış iki manat qırx qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 oktyabr 2024-cü il tarixli, SNG001485 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış 977 (doqquz yüz yetmiş yeddi) manat dəyərində olan mala görə 100 (bir yüz) manat ilkin ödəniş olmaqla 877 (səkkiz yüz yetmiş yeddi) manat pulu ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, hər ay 73,08 (yetmiş üç manat səkkiz qəpik) manat alınması ilə əlaqədar X2 ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 08 iyul 2020-ci il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı QSC ilə X2 arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 05 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 576 (beş yüz yetmiş altı) manat əsas borc, 86,40 (səksən altı manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 662,40 (altı yüz altmış iki manat qırx qəpik) manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. İş materialları araşdırılarkən müəyyən olundu ki, X3 ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2024-cü il tarixli, SNG001485 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 977 (doqquz yüz yetmiş yeddi) manat dəyərində olan mala görə 100 (bir yüz) manat ilkin ödəniş olmaqla 877 (səkkiz yüz yetmiş yeddi) manat pulu ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, hər ay 73,08 (yetmiş üç manat səkkiz qəpik) manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 301 (üç yüz bir) manat ödəniş etmiş və qalıq 576 (beş yüz yetmiş altı) manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 17 oktyabr 2024cü il tarixli, SNG001485 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 576 (beş yüz yetmiş altı) manat əsas borc, 86,40 (səksən altı manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 662,40 (altı yüz altmış iki manat qırx qəpik) manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 oktyabr 2024-cü il tarixli, SNG001485 saylı müddətli nisyə alqısatqı müqaviləsi üzrə 576 (beş yüz yetmiş altı) manat əsas borc, 5 (beş) manat cərimə olmaqla, cəmi 581 (beş yüz səksən bir) manat borc pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 21 yanvar 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 576 (beş yüz yetmiş altı) manat əsas borc, 5 (beş) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumu ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 611 (altı yüz on bir) manat 40 (qırx) qəpik pul alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar