Məhkəmə qərarları › İş №e-2(5-108)-371/2026

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-108)-371/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Ağdaş rayonu İş № e-2(5-108)-371/2026 19.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSI Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ##### 2025-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 1179 manat əsas, 191 manat cərimə borcu olmaqla, cəmi 1370 manat borcun və ödənilmiş 33,70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz və verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılarkən iddiaçının tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən iddiaçı tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olmaqla başa düşülməlidir. İş materiallarına satıcı “Şəms Telekom” mağazası ilə alıcı Cavabdeh arasında bağlanmış ## ##### 2025-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi alıcı Cavabdeh tərəfindən imzalandığı halda “Şəms Telekom” mağazasının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və xüsusi möhürlə təsdiqlənməmişdir. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında *********** saylı arayış Ərazi Vergilər İdarəsinin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Belə olan halda iddia ərizəsində göstərilən tələbin hüquqi mahiyyəti üzə təsdiq edən sənədlər təqdim olunmadığından, işə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən qeyd edir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizənin qəbul olunmasından imtina edildiyindən iddiaçı İddiaçı tərəfindən ## #### 2026-cı il tarixli, № ********** nömrəli qəbzlə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 33,70 (otuz üç manat, yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı tərəfindən ## #### 2026-cı il tarixli, № ********** nömrəli qəbzlə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 33,70 (otuz üç manat, yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar