Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(5-109)-202/2026 27.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********18596 OPPO A40M, Vinil Mat, X4 3 İL xidməti, Paket XL xidməti üçün 600.28 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 60.03 manat cərimə borcu olmaqla, ümumilikdə 683.91 manat borc və 30 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Göründüyü kimi, ərizədə Cavabdeh qeydiyyat ünvanı qismində ünvan 1tron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Bərdə rayonu, Bala Ərəblər kəndində qeydiyyatdadır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırki ərizə verilərkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmənin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 149-152, 263- 264, 267-268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı MMC tərəfindən məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(5-109)-202/2026
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-109)-202/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver