Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(5-110)-170/2026 16.03.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə Honor X6B markalı telefon, Qızıl Zəmanət ultra 2 il xidməti üçün 207,41 manat ödənilməmiş hissə, 20,74 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə Honor X9C, Paket XXL xidməti, Qızıl zəmanətultra 2 il xidməti, vinil şəffaf üçün 859,9 manat ödənilməmiş hissə, 23,60 manat İnnovativ Layihələr mərkəzinə ödənilmiş rüsum, 85,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.197,64 manat borcun və 31,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2024 və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə Honor X6B markalı telefon, Qızıl Zəmanət ultra 2 il xidməti, Honor X9C, Paket XXL xidməti, Qızıl zəmanətultra 2 il xidməti, vinil şəffaf satılmışdır. - xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 207,41 manat ödənilməmiş hissə, 20,74 manat məbləğində cərimə, xx.xx.2025ci il tarixli müqavilə üzrə 859,9 manat ödənilməmiş hissə, 23,60 manat İnnovativ Layihələr mərkəzinə ödənilmiş rüsum, 85,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.197,64 manat borcu vardır. - xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 207,41 manat ödənilməmiş hissə, 5 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 859,9 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.100,91 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 31,98 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(5-110)-170/2026
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-110)-170/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver