Məhkəmə qərarları › İş №e-2(5-110)-40/2026

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-110)-40/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(5-110)-40/2026 17.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq cavabdehlə aralarında barışıq olduğu üçün iddia ərizəsini, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən mövcud ərizə əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ********** nömrəli, xx.xx.2026-cı il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 33,98 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ********** nömrəli, xx.xx.2026-cı il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 33,98 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar