Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-65/2026 17.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 ona olan 945 (doqquz yüz qırx beş) manat borc pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, fiziki şəxs olaraq o,(VÖEN:**********) xx.xx.2024-ci il tarixdə Cavabdeh1 ilə bağladığı 0005 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli akta əsasən qiyməti müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun, 1050 (min əlli) manat təşkil edən Vaz 2103 markalı avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş, müqaviləyə əlavə edilmiş Əşyaların Təhvil-Təslim aktında qeyd edilmiş ehtiyyat hissələrini cavabdehə təhvil vermişdir. Fiziki şəxs olaraq İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə digər cavabdeh X2 (Zamin) ilə bağladığı 0005 saylı müqaviləyə əsasən alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin icrası “Zamin” tərəfindən “Alıcı” ilə birgə təmin olunur. Lakin alıcı müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin Əlavəsində qeyd olunan ödəmə qaydasına riayət etməmişdir. Beləliklə müqavilənin axırıncı ödəniş müddəti xx.xx.2025-ci il nəzərdə tutulmuşdur. Lakin qeyd edilən müddətdə alıcı öz öhdəliklərini yerinə yetirməmişdir. Əldə olunmuş həm şifahi razılaşmaya, həm də yazılı müqaviləyə əsasən 29 fevral 2025-ci il tarixə alıcı onlara olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir. O,satıcı olaraq öz öhdəliyini yerinə yetirərək malı müqavilə bağlanan gün, yəni xx.xx.2024cü il tarixdə alıcıya təhvil vermişdir. Alıcı isə bu günə kimi aldığı mal ilə bağlı yalnız 105 manat ödəniş etmişdir. Beləliklə cavabdehin ona olan cəmi borcu 945 (doqquz yüz qırx beş) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki,iddia ərizəsi 21 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş və 23 yanvar 2026-cı il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Cavabdehlər Cavabdeh1 29 yanvar 2026-cı il tarixdə, Cavabdeh2 məhkəmə bildirişini 28 yanvar 2026-cı il tarixdə qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 0005 nömrəli müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 1050 manat dəyərində VAZ-2103 markalı avtomaşının ehtiyat hissələri nisyə satılmışdır. İş materiallarında olanxx.xx.2024-cü il tarixli 0005 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Müqavilənin 2.3-cü maddəsinə əsasən zamin əsas müqavilə üzrə müştərinin zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcı qarşısında müştəri ilə bilrikdə məsuliyyət daşıyır. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli GBA seriyalı 618326 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı 105 manat ödəmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə Cavabdeh1 ilə bağladıqları 0005 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli akta əsasən 1050 (min əlli) manat dəyərində Vaz 2103 markalı avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş. müqaviləyə əlavə edilmiş Əşyaların Təhvil-Təslim aktında qeyd edilmiş ehtiyyat hissələrini cavabdehə təhvil vermişdir. İddiaçı xx.xx.2024-ci il tarixdə digər cavabdeh X2 (Zamin) ilə bağladığı 0005 saylı müqaviləyə əsasən zamin əsas müqavilə üzrə müştərinin zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcı qarşısında müştəri ilə bilrikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin sonuncu ödəniş müddəti xx.xx.2025-ci il nəzərdə tutulmuşdur. Qeyd edilən müddətdə alıcı öz öhdəliklərini yerinə yetirməmişdir. Şifahi razılaşmaya, həm də yazılı müqaviləyə əsasən 29 fevral 2025-ci il tarixə alıcı ona olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir.Lakin o, 105 manat ödəniş etmiş,qalan 945 (doqquz yüz qırx beş) manat borcunu ödəməmişdir. Cavabdeh borcunu ödəmədiyi üçün iddiaçı X3 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 945 (doqquz yüz qırx beş) manat borc alınıb İddiaçı xeyrinə ödənilməlidir. Ödənmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 945 (doqquz yüz qırx beş) manat borc və 30 manat dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(5-112)-65/2026
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-65/2026
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver