Məhkəmə qərarları › İş №e-2(5-112)-67/2026

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-67/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-67/2026 04.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1596 manat manat borc pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə Cavabdeh2 ilə bağladığımız 0001 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli akta əsasən qiyməti müqaviləyə Əlavə olunan ödəniş cədvəlinə uyğun, 1596 manat təşkil edən VAZ-21011 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş müqaviləyə əlavə edilmiş Əşyaların Təhvil-Təslim aktında qeyd edilmiş ehtiyyat hissələrini qüsursuz şəkildə cavabdehə təhvil verilmişdir. Fiziki şəxs olaraq o, İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə digər Cavabdeh1 (Zamin) ilə bağladığı 0001 saylı müqaviləyə əsasən alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2024 tarixli müqavilənin icrası “Zamin” tərəfindən “Alıcı” ilə birgə təmin olunur Lakin alıcı müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin Əlavəsində qeyd olunan ödəmə qaydasına riayət etməmişdir. Beləliklə müqavilənin axırıncı ödəniş müddəti xx.xx.2025-cü il nəzərdə tutulmuşdur. Lakin qeyd edilən müddətdə alıcı öz öhdəliklərini yerinə yetirməmişdir. Əldə olunmuş həm şifahi razılaşmaya, həm də yazılı müqaviləyə əsasən 05 aprel 2025-ci il tarixə alıcı bizə olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir. O, satıcı olaraq öz öhdəliyini yerinə yetirərək malı müqavilə bağlanan gün, yəni xx.xx.2024-cü il tarixdə alıcıya təhvil vermişdir. Alıcı isə bu günə kimi aldığı mal ilə bağlı heç ödəniş etməmişdir. Beləliklə cavabdehin cəmi borcu 1596 (min beş yüz doxsan altı) manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 yanvar 2026-cı il tarixində məhkəmə bildirişini qəbul etmişlər, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 0001 saylı alqı-satqı müqaviləsinə və müqavilənin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 1596 manat dəyərində VAZ-21011 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyyat hissələrini 12 ay müddətinə ayda 133 manat ödənilməsi şərtilə nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh2 əşyaları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli 0001 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, zamin Cavabdeh1 Nurəddin oğlu xx.xx.2024-cü il tarixli 0001 saylı müqaviləyə əsasən həmin müqavilə üzrə müştəri Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcı qarşısında müştəri birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 1596 manat dəyərində əşya nisyə satılmış, lakin o, aldığı əşyanın dəyərini müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun ödəməmiş, müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Digər Cavabdeh1 Nurəddin oğlu isə alqı-satqı müqaviləsi üzrə onun öhdəliklərinin tam icra olunmasına görə zamin olduğundan, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Bununla da iddiaçı alqısatqı müqaviləsi üzrə borcu cavabdehlərdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 0001 nömrəli müqavilə üzrə 1596 manat borc alınıb İddiaçı xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 0001 nömrəli müqavilə üzrə 1596 manat borc pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş 36 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar