Məhkəmə qərarları › İş №e-2(5-112)-73/2026

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-73/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-73/2026 04.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 816 manat manat borc pulu Cavabdeh alınaraq İddiaçı ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə Cavabdeh ilə bağladığı 45 saylı müqaviləyə əsasən 1284 manat təşkil edən VAZ21099 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyyat hissələrini 12 ay müddətinə hissə - hissə ödəmə şərti ilə cavabdehə satmışdır. Beləliklə müqavilənin axırıncı ödəniş müddəti xx.xx.2025-cü il nəzərdə tutulmuşdur. Lakin qeyd edilən müddətdə alıcı öz öhdəliklərini yerinə yetirməmişdir. Əldə olunmuş həm şifahi razılaşmaya, həm də yazılı müqaviləyə əsasən 30 fevral 2025-ci il tarixə alıcı mənə olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir. Lakin alıcı isə bu günə kimi aldığı mal ilə bağlı 468 manat ödəniş etmişdir. Beləliklə alıcının bu günə ona olan borcu 816 manat təşkil edir. Həmin borcun alınması ilə bağlı 2025-ci ilin may ayında Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh borcun mövcudluğunu polis şöbəsində verdiyi izahatda da etiraf etmişdir. Həmin izahat vəkil sorğusu əsasında əldə olunmuş və iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin cavabdehə çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Balakən rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli 21 nömrəli məktubundan görünür ki, bildiriş Cavabdeh təqdim edilmiş, lakin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqavilənin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1284 manat dəyərində VAZ21099 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyat hissələrini 01 il müddətinə ayda 107 manat ödənilməsi şərtilə nisyə satılmışdır. 0.00 manat ilkin ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli Balakən Rayon Polis Şöbəsi tərəfindən Cavabdeh alınan izahatdan görünür ki, o, İddiaçı aldığı VAZ 21099 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyat hissələri üçün 864 manat borcunun olduğunu etiraf etmişdir. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 468 manat ödəniş edilmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilə əsasında aldığı əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 45 nömrəli müqavilə üzrə 816 manat borc pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli, 45 nömrəli müqavilə üzrə 816 manat borc pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar