Məhkəmə qərarları › İş №e-2(5-114)-13/2026

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-114)-13/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(5-114)-13/2026 16.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Epson L3260 Printer,X13 İl üçün 552.72 manat ödənilməmiş hissə, 55.27 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Soba Bosch,X1 2 il xidməti üçün 711.14 manat ödənilməmiş hissə, 71.11 manat cərimə, ümumilikdə 1390.25 manat borc, 33,91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Epson L3260 Printer,X13 İl, Soba Bosch,X1 2 il almış və nəticədə 1390.25(min üç yüz doxsan,25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 621 manat (18 ay x 34.5 manat + 0 manat ilkin ödəniş) olan Epson L3260 Printer,X13 İl üçün 552.72 manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.27 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 993 manat (12 ay x 82.75 manat + 0 manat ilkin ödəniş) olan Soba Bosch,X1 2 il üçün 711.14 manat ödənilməmiş hissə, güzəşt olunaraq 71.11 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 350.14 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 621 manat (18 ay x 34.5 manat + 0 manat ilkin ödəniş) olan Epson L3260 Printer,X13 İl xidməti almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 993 manat (12 ay x 82.75 manat + 0 manat ilkin ödəniş) olan Soba Bosch,X1 2 il almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 621 manat (18 ay x 34.5 manat + 0 manat ilkin ödəniş) olan Epson L3260 Printer,X13 İl xidməti , xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 993 (12 ay x 82.75 manat + 0 manat ilkin ödəniş) olan Soba Bosch,X1 2 il xidməti cavabdehə satılmışdır. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 552.72 manat ödənilməmiş hissə, 55.27 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 711.14 manat ödənilməmiş hissə, 71.11 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33.91 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Epson L3260 Printer,X13 İl xidməti, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Soba Bosch,X1 2 il xidməti almış və nəticədə hər iki müqavilə üzrə cəmi 1390.25 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı "xxxx" MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 18 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 19 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 552.72 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 570.72 (beş yüz yetmiş manat 72 qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 711.14 manat ödənilməmiş hissə, 19 manat cərimə, cəmi 730.14 (yeddi yüz otuz manat 14 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 33.91 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 552.72 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 570.72 (beş yüz yetmiş manat 72 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 711.14 manat ödənilməmiş hissə, 19 manat cərimə, cəmi 730.14 (yeddi yüz otuz manat 14 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 33.91 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar