Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(5-115)-257/2026 25.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddiaya dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2408 (iki min dörd yüz səkkiz) manat məbləğində əsas borc, 240 (iki yüz qırx) manat məbləğində cərimə, 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2695 (iki min altı yüz doxsan beş) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 284-4.1.3-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-ci maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmənin mövqeyi: Hazırkı kiçik iddiaya dair ərizənin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kiçik iddiaya dair ərizə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilsə də, ərizədə göstərilmiş tələbi təsdiq edən hər hansı sübutlar və ya sənədlər sistemə əlavə edilməmişdir. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yalnız iddia ərizəsi yerləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddiaya dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 151, 284-1, 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddiaya dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №e-2(5-115)-257/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-115)-257/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver