Məhkəmə qərarları › İş №e-2(5-115)-276/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-115)-276/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(5-115)-276/2026 04.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 04 mart 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiaçının 04 mart 2026-cı il tarixli ərizəsi təmin edilməli, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, 24 fevral 2026-cı il tarixli **********3 nömrəli qəbz üzrə, 14221301 nömrəli büdcə təsnifat koduna, AZ73CTRE******************** saylı hesaba, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dövlət rüsumu kimi ödənilmiş 83.40 (səksən üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı oğlunun 04 mart 2026-cı il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 24 fevral 2026-cı il tarixli **********3 nömrəli qəbz üzrə, 14221301 nömrəli büdcə təsnifat koduna, AZ73CTRE******************** saylı hesaba, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dövlət rüsumu kimi ödənilmiş 83.40 (səksən üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar