Məhkəmə qərarları › İş №e-2(5-115)-329/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-115)-329/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(5-115)-329/2026 12.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 11 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş borc qismində 474 manat 21 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 10 mart 2026-cı il tarixdə İddiaçı Cavabdeh qarşı 11 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş borc qismində 474 manat 21 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə Nümayəndə əsas iş yerinin İddiaçı olması barədə sənəd əlavə edilməmişdir. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemində olan məlumat bazasından görünür ki, Nümayəndə əsas iş yeri “Azerconnect Group” məhdud məsuliyyətli cəmiyyətidir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.1 və 69.2-ci maddəsinə əsasən hər bir hüquqi şəxs müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək kitabçası saxlanılan yer onun əsas iş yeri sayılır. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin əsas iş yerinin həmin hüquqi şəxs olması işçinin əmək kitabçasının (onun həmin iş yerinə aid hissəsinin) hüquqi şəxsin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surəti ilə müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 11 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş borc qismində 474 manat 21 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar