Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(5-115)-66/2026 17.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 51.75 (əlli bir manat yetmiş beş qəpik) manat ödəmək şərti ilə cavabdehə 621 (altı yüz iyirmi bir) manat dəyərində telefon; 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 83.25 (səksın üç manat iyirmi beş qəpik) manat ödəmək şərti ilə cavabdehə 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində kombi; Nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh müəyyən olunmuş müddətdə nisyə aldığı malın dəyərini ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh İddiaçı tərəfindən borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefonu nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilərək hesablanmış borcun ödənilməsi tələb edilmiş, lakin Cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmışdır. Nəticədə Cavabdeh 14 yanvar 2026-cı il tarixə İddiaçınə 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 379.93 (üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat əsas, 127.40 (yüz iyirmi yeddi manat qırx qəpik) manat cərimə, cəmi 507.33 (beş yüz yeddi manat otuz üç qəpik) manat, 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 748 (yeddi yüz qırx səkkiz manat) manat əsas, 227.42 (iki yüz iyirmi yeddi manat qırx iki qəpik) manat cərimə, cəmi 975.42 (doqquz yüz yetmiş manat qırx iki qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh İddiaçı xeyrinə 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 379.93 (üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat əsas, 127.40 (yüz iyirmi yeddi manat qırx qəpik) manat cərimə, cəmi 507.33 (beş yüz yeddi manat otuz üç qəpik) manat və 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 748 (yeddi yüz qırx səkkiz manat) manat əsas, 227.42 (iki yüz iyirmi yeddi manat qırx iki qəpik) manat cərimə, cəmi 975.42 (doqquz yüz yetmiş manat qırx iki qəpik) manat, ümumilikdə 1482.75 (min dörd yüz səksən iki manat yetmiş beş qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 34.82 (otuz dörd manat səksən iki qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh İddiaçı tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq alıcıya müəyyən müddətə, hissəhissə ödəmək şərtilə 621 (altı yüz iyirmi bir) manat dəyərində “Xiomi Note 12” markalı telefonu verilməsini öhdəsinə götürür. Alıcı “Xiomi Note 12” markalı telefonu əldə edən zaman aldığı “Xiomi Note 12” markalı telefonu bu Müqavilədə göstərilən müddətdə və qaydada satıcıya qaytarmağı öhdəsinə götürür. “Xiomi Note 12” markalı telefon 12 ay müddətinə verilir. 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq alıcıya müəyyən müddətə, hissəhissə ödəmək şərtilə 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində “NeoTerm 28 KW” markalı kombini verilməsini öhdəsinə götürür. Alıcı “NeoTerm 28 KW” markalı kombini əldə edən zaman aldığı “NeoTerm 28 KW” markalı kombini bu Müqavilədə göstərilən müddətdə və qaydada satıcıya qaytarmağı öhdəsinə götürür. “NeoTerm 28 KW” markalı kombi 12 ay müddətinə verilir. 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən “Xiomi Note 12” markalı telefon qüsursuz halda təhvil alınmışdır. 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən “NeoTerm 28 KW” markalı kombi qüsursuz halda təhvil alınmışdır. 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, kredit 12 ay müddətinə aylıq 51.75 (əlli bir manat yetmiş beş qəpik) manat olmaqla müəyyən edilmişdir. 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, kredit 12 ay müddətinə aylıq 83.25 (səksın üç manat iyirmi beş qəpik) manat olmaqla müəyyən edilmişdir. 16 oktyabr 2025-ci il tarixli, 678 nömrəli pretensiya (xəbərdarlıq) məktubunun surətindən görünür ki, Cavabdeh satıcıya olan bütün borc məbləğini tam olaraq ödəmək təklif edilmiş, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 14 yanvar 2026-cı il tarixli, 6 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 14 yanvar 2026-cı il tarixinə İddiaçınə 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 379.93 (üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat əsas, 127.40 (yüz iyirmi yeddi manat qırx qəpik) manat cərimə, cəmi 507.33 (beş yüz yeddi manat otuz üç qəpik) manat və 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 748 (yeddi yüz qırx səkkiz manat) manat əsas, 227.42 (iki yüz iyirmi yeddi manat qırx iki qəpik) manat cərimə, cəmi 975.42 (doqquz yüz yetmiş manat qırx iki qəpik) manat, ümumilikdə 1482.75 (min dörd yüz səksən iki manat yetmiş beş qəpik) manat borcu yaranmışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 621 (altı yüz iyirmi bir) manat dəyərində telefon və 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində kombi satmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçındən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə məbləğinin 37 (otuz yeddi) manata və 20 oktyabr 2023cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə məbləğini 74 (yetmiş dörd) manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 379.93 (üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat əsas, 37 (otuz yeddi) manat cərimə, cəmi 416.93 (dörd yüz on üç manat doxsan üç qəpik) manat və 20 oktyabr 2023cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 748 (yeddi yüz qırx səkkiz manat) manat əsas, 74 (yetmiş dörd) manat cərimə, cəmi 822 (səkkiz yüz iyirmi iki) manat ümumilikdə 1238.93 (min iki yüz otuz səkkiz manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.82 (otuz dörd manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat məbləğində hissəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 13 sentyabr 2023-cü il tarixli, 146224 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 379.93 (üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat əsas, 37 (otuz yeddi)manat cərimə, cəmi 416.93 (dörd yüz on üç manat doxsan üç qəpik) manat və 20 oktyabr 2023-cü il tarixli, 147746 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 748 (yeddi yüz qırx səkkiz manat) manat əsas, 74 (yetmiş dörd) manat cərimə, cəmi 822 (səkkiz yüz iyirmi iki) manat, ümumilikdə 1238.93 (min iki yüz otuz səkkiz manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(5-115)-66/2026
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-115)-66/2026
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver