Məhkəmə qərarları › İş №e-2(5-117)-289/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-117)-289/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(5-117)-289/2026 12.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE170587 saylı müqaviləyə əsasən 190 əsas borc, BE122602 saylı müqaviləyə əsasən765,57 əsas borc, BE181818 saylı müqaviləyə əsasən 429,99 əsas borc, 20 cərimə, ümumilikdə 1405,56 (bir min dörd yüz beş manat əlli altı qəpik) manat borcun və 35 (otuz beş) manat dövlət rüsumunun Cavabdehdan tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında BE170587 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 12 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 41 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, BE122602 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 24 ay müddətinə hər ayın 15-dən gec olmamaqla 64 manat ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra BE181818 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 18 ay müddətinə hər ayın 20-dən gec olmamaqla 34 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı Cəmiyyətə olan borcunu vaxtında ödəmədiyindən onun ümumilikdə 1405,56 (bir min dörd yüz beş manat əlli altı qəpik) manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. Buna görə də iddiaçı Cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan BE170587 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 489.99 manat dəyərində olan məhsulu nisyə olaraq almış və borcunu 12 ay müddətinə hər ayın 05-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan BE122602 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 1312.57 manat dəyərində olan məhsulu nisyə olaraq almış və borcunu 24 ay müddətinə hər ayın 15-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan BE181818 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 599.99 manat dəyərində olan məhsulu nisyə olaraq almış və borcunu 18 ay müddətinə hər ayın 15-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan borca dair arayışlardan görünür ki, Cavabdeh BE170587 saylı müqaviləyə əsasən 190 əsas borc, BE122602 saylı müqaviləyə əsasən 765,57 əsas borc, BE181818 saylı müqaviləyə əsasən 429,99 əsas borc, 20 cərimə borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BE170587 saylı müqaviləyə əsasən 190 manat əsas borc, BE122602 saylı müqaviləyə əsasən 765,57 əsas borc, BE181818 saylı müqaviləyə əsasən 429,99 əsas borc, 20 cərimə, ümumilikdə 1405.56 (bir min dörd yüz beş manat əlli altı qəpik) borc və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar