Məhkəmə qərarları › İş №e-2(5-118)-50/2026

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-118)-50/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Daşkəsən rayonu İş № e-2(5-118)-50/2026 11.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSI Hakim Vəliyev Kənan Hafiz oğlu iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “xxxx” MMC) cavabdeh İbrahimov Şöhrəddin Yusif oğluna qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MMC cavabdeh İbrahimov Şöhrəddin Yusif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimov Şöhrəddin Yusif oğlundan ## ### 2025ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy S25” markalı mobil telefon, “Samsung” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidməti üçün cəmi 2487.64 manat pulun və ödənilmiş 44.88 manat dövlət rüsumunun alınıb “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh İbrahimov Şöhrəddin Yusif oğluna ## ###### 2026-cı il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, “xxxx” MMC ilə İbrahimov Şöhrəddin Yusif oğlu arasında bağlanmış ## ### 2025-ci il tarixli 1000959376 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 133.72 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy S25” markalı mobil telefon, “Samsung” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidmətini 2406.96 manata satın almışdır. Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən “Samsung” markalı şarj alətindən ##.##.2025-ci il tarixdə imtina etmiş və məhsul 49.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 105.90 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 61.02 manat, ümumilikdə 166.92 manat təşkil edir. Cavabdehin MMC-yə müqavilə üzrə 2240.04 manat ödənilməmiş hissə, 224 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat olmaqla, cəmi 2487.64 manat borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; ## ### 2025-ci il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, “xxxx” MMC ilə İbrahimov Şöhrəddin Yusif oğlu arasında bağlanmış ## ### 2025-ci il tarixli 1000959376 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 133.72 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 498.08 manat olan 1 ədəd “Samsung Galaxy S25” markalı mobil telefon, “Samsung” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidmətini satın almışdır. ## ### 2025-ci il tarixli ********** nömrəli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, “xxxx” MMC tərəfindən 1 ədəd İmei kodu 350505563998214 olan “Samsung Galaxy S25 (SM-S913B) 12/128GB silver)” markalı mobil telefon, “Samsung 35w black” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidmətini İbrahimov Şöhrəddin Yusif oğluna təhvil verilmiş, İbrahimov Şöhrəddin tərəfindən akt imzalanmışdır. ## ###### 2026-cı il tarxili arayışdan görünür ki, “xxxx” MMC tərəfindən cavabdeh İbrahimov Şöhrəddin Yusif oğluna, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu 350505563998214 olan “Samsung Galaxy S25” markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir. ## ###### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İbrahimov Şöhrəddin Yusif oğlunun 1 ədəd “Samsung Galaxy S25” markalı mobil telefon, “Samsung” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidməti üçün 2240.04 manat ödənilməmiş hissə, 224 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat olmaqla, cəmi 2487.64 manat borcu vardır. 19 dekabr2025-ci il tarixli “xxxx” MMC-nin Problemli Kreditlər Departamentinin xəbərdarlıq məktubundan görünür ki, “xxxx” MMC ilə İbrahimov Şöhrəddin Yusif oğlu arasında bağlanmış ## ### 2025-ci il tarixli müqavilə üzrə İbrahimov Şöhrəddin öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 22 yanvar 2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən 44.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə İbrahimov Şöhrəddin Yusif oğlu arasında bağlanmış ## ### 2025-ci il tarixli 1000959376 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 133.72 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy S25” markalı mobil telefon, “Samsung” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidmətini 2406.96 manata satın almışdır. Cavabdeh tərəfindən müqavilə üzrə və məhsul qaytarıldıqdan cəmi 166.2 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 2240.04 manat ödənilməmiş hissə, 224 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat olmaqla, cəmi 2487.64 manat borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh İbrahimov Şöhrəddin Yusif oğlundan ## ### 2025-ci il tarixli 1000959376 nömrəli müqavilə üzrə 1 ədəd “Samsung Galaxy S25” markalı mobil telefon, “Samsung” markalı şarj aləti və 1 illik ultra qızıl zəmanət xidməti üçün 2240.04 manat ödənilməmiş hissə, 224 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat olmaqla, cəmi 2487.64 manat pul vəsaiti alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 44.88 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İbrahimov Şöhrəddin Yusif oğlundan 2240.04 manat əsas, 224 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat olmaqla, cəmi 2487.64 manat pul vəsaiti və ödənilmiş 44.88 manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar