Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(5-120)-82/2026 25.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “alq-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********12043 SAMSUNG GALAXY A06 markalı telefon, MİKSER HOFFMANN, PAKET L XİDMƏTİ, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMüƏçTünİ 480,48 (dörd yüz səksən manat, 48 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 48,05 (qırx səkkiz manat, 05 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********13229 XİAOMİ REDMİ A3 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏüTçİün 264,42 (iki yüz altmış dörd manat, 42 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 26,44 (iyirmi altı manat, 44 qəpik) manat cərimə Ümumilikdə 866,59 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdehndan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********12043 SAMSUNG GALAXY A06 markalı telefon, MİKSER HOFFMANN, PAKET L XİDMƏTİ, 2 ƏDƏD QİZİL ZƏMANƏTULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********13229 XİAOMİ REDMİ A3 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏTULTRA2 İL XİDMƏTİ almış və nəticədə 866,59 (səkkiz yüz altmış altı manat, 59 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525,48 (beş yüz iyirmi beş manat, 48 qəpik) manat (12 ay x 43,79 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********12043 SAMSUNG GALAXY A06 markalı telefon, MİKSER HOFFMANN, PAKET L XİDMƏTİ, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 552,13 (beş yüz əlli iki manat, 13 qəpik) manat olmaqla ondan, 480,48 (dörd yüz səksən manat, 48 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 48,05 (qırx səkkiz manat, 05 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 364,92 (üç yüz altmış dörd manat, 92 qəpik) manat (12 ay x 30,41 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********13229 XİAOMİ REDMİ A3 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTüİçün ümumilikdə, 314,46 (üç yüz on dörd manat, 46 qəpik) manat olmaqla ondan, 264,42 (iki yüz altmış dörd manat, 42 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 26,44 (iyirmi altı manat, 44 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 145,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir.
İİ Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
5. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrindən və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd telefon əşyası və digər xidmətlər nisyə almış və Samsung markalı telefona görə 12 ay müddətinə hər ay 43.79 manat olmaqla cəmi 525.53 manat, Xiomi markalı telefona görə 12 ay müddətinə 30.41 manat olmaqla cəmi 364.94 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun alqı-satqı müqaviləsi üzrə 2 ədəd telefon əşyası və digər xidmətlər üçün dəbbə pulu ilə birlikdə ümumilikdə 866.59 manat borcu yaranmışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025 saylı məktuba əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasını gecikdirdiyi üçün müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
8. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli alqı satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC-dən müqavilədə qeyd edilən əşyalar almış və həmin əşyanın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam icra etməmiş, nəticədə sonuncunun "xxxx" MMC-yə ümumilikdə 744.9 manat ödənilməmiş əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə tam, hesablanmış dəbbə puluna münasbətdə isə qismən təmin edilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
10. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 74.49 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
11. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
13. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Belə olan halda məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 1 manat müəyyən edilməlidir.
15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 744.9 manat əsas, 1 manat cərimə borcu və 47.20 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla olmaqla, cəmi 793.10 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. IV. Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehdan 744.9 manat əsas, 1 manat cərimə borcu və 47.20 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla olmaqla, cəmi 793.10 (yedi yüz doxsan üç manat on qəpik) və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov