Məhkəmə qərarları › İş №e-2(5-121)-159/2026

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-121)-159/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(5-121)-159/2026 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəmə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE254156 saylı nisyə-satış müqaviləsinə əsasən 3145,99 (üç min bir yüz qırx beş manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi manat) cərimə, BE269259 saylı Nisyə-satış müqaviləsinə uyğun olaraq, 836,99 (səkkiz yüz otuz altı manat doxsan doqquz qəpik) əsas borc, 0 cərimə, BE086548 saylı nisyə-satış müqaviləsinə uyğun olaraq 377,99 (üç yüz yetmiş yeddi manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi manat) cərimə, BE180603 saylı nisyə-satış müqaviləsinə uyğun olaraq 458,99 (dörd yüz əlli səkkiz manat doxsan doqquz qəpik) əsas borc, 0 cərimə, ümumilikdə 4859,96 (dörd min səkkiz yüz əlli doqquz manat doxsan altı qəpik) borcun və 67 (altmış yeddi manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE254156 saylı xx-xx-2025 il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 10-dan gec olmamaqla 187 (bir yüz səksən yeddi manat ) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE269259 saylı xx-xx-2025 il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 8-dən gec olmamaqla 47 (qırx yeddi manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE086548 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 16-dan gec olmamaqla 127 (bir yüz iyirmi yeddi manat ) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE180603 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 6 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 233 (iki yüz otuz üç manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək,aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE254156 saylı 3 145,99 (üç min bir yüz qırx beş manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi manat) cərimə, BE269259 saylı müqaviləyə uyğun olaraq 836,99 (səkkiz yüz otuz altı manat doxsan doqquz qəpik) əsas borc, 0 cərimə, BE086548 saylı müqaviləyə uyğun olaraq 377,99 (üç yüz yetmiş yeddi manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi manat) cərimə, BE180603 saylı müqaviləyə uyğun olaraq 458,99 (dörd yüz əlli səkkiz manat doxsan doqquz qəpik) əsas borc, 0 cərimə, ümumilikdə 4859,96 (dörd min səkkiz yüzəlli doqquz manat doxsan altı qəpik) borcu qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE254156 saylı, xx.xx.2025-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, “satıcı” bu müqaviləyə əsasən qiyməti 3530,99 AZN olan məhsulu “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” avadanlığın qiymətini bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəyir. “Alıcı” “Satıcı”nın yazılı razılığı olmadan ödəniş tarixini dəyişə bilməz. “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyırlar. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2 faizi həcmində cərimə ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE269259 saylı, xx.xx.2025-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, “satıcı” bu müqaviləyə əsasən qiyməti 836,99 AZN olan məhsulu “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” avadanlığın qiymətini bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəyir. “Alıcı” “Satıcı”nın yazılı razılığı olmadan ödəniş tarixini dəyişə bilməz. “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyırlar. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2 faizi həcmində cərimə ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE086548 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsindən görünür ki, “satıcı” bu müqaviləyə əsasən qiyməti 1919,99 AZN olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” avadanlığın qiymətini bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəyir. “Alıcı” “Satıcı”nın yazılı razılığı olmadan ödəniş tarixini dəyişə bilməz. “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyırlar. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2 faizi həcmində cərimə ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE180603 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsindən görünür ki, “satıcı” bu müqaviləyə əsasən qiyməti 1390,99 AZN olan məhsulu “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” avadanlığın qiymətini bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəyir. “Alıcı” “Satıcı”nın yazılı razılığı olmadan ödəniş tarixini dəyişə bilməz. “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyırlar. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2 faizi həcmində cərimə ödəyir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh BE254156 saylı, xx.xx.2025-ci il tarixli nisyə satış müqaviləsi üzrə 3530,99 manat dəyərindəki avandanlığını 198 manat ilkin ödəniş etməklə əldə etmiş, qalıq qalan 3332,99 manat pulu 18 ay müddətində hissə-hissə olmaqla, hər ayın 10-u tarixində İddiaçı MMC-yə ödəməlidir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh BE269259 saylı, xx.xx.2025-ci il tarixli nisyə satış müqaviləsi üzrə 836,99 manat dəyərindəki avandanlığını 0 manat ilkin ödəniş etməklə əldə etmiş, 836,99 manat pulu 18 ay müddətində hissə-hissə olmaqla, hər ayın 8-i tarixində İddiaçı MMC-yə ödəməlidir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh BE086548 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsi üzrə 1919,99 manat dəyərindəki avandanlığını 400 manat ilkin ödəniş etməklə əldə etmiş, qalıq qalan 1519,99 manat pulu 12 ay müddətində hissə-hissə olmaqla, hər ayın 16-sı tarixində İddiaçı MMC-yə ödəməlidir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh BE180603 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsi üzrə 1390,99 manat dəyərindəki avandanlığını 0 manat ilkin ödəniş etməklə əldə etmiş, 1390,99 manat pulu 6 ay müddətində hissə-hissə olmaqla, hər ayın 18-i tarixində İddiaçı MMC-yə ödəməlidir. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, BE254156 saylı, xx.xx.2025ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 3145,99 (üç min yüz qırx beş manat doxsan doqquz qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, BE269259 saylı, xx.xx.2025ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 836,99 (səkkiz yüz otuz altı manat doxsan doqquz qəpik) manat əsas borc, 0 (sıfır) manat cərimə məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, BE086548 saylı, xx.xx.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 377,99 (üç yüz yetmiş yeddi manat doxsan doqquz qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, BE180603 saylı, xx.xx.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 458,99 (dörd yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat əsas borc, 0 (sıfır) manat cərimə məbləğində ödənilməmiş borcu qalmışdır. 17 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilə və ona əlavə edilmiş sənədlərlə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış əsas borcların ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, BE086548 saylı və xx.xx.2025-ci il tarixli, BE254156 saylı müqavilələr üzrə cəmi 40 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, həmin müqavilər üzrə dəbbə pulu azaldılaraq 4 (dörd) manat məbləğində müəyyən edilməlidir Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, BE254156 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 3145,99 (üç min yüz qırx beş manat doxsan doqquz qəpik) manat əsas borc, 2 (iki) manat cərimə, xx.xx.2025-ci il tarixli, BE269259 saylı nisyə alqısatqı müqaviləsi üzrə 836,99 (səkkiz yüz otuz altı manat doxsan doqquz qəpik) manat əsas, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE086548 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 377,99 (üç yüz yetmiş yeddi manat doxsan doqquz qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2024-cü il tarixli, BE180603 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 458,99 (dörd yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat əsas, 0 manat cərimə olmaqla, ümumilikdə 4823,96 (dörd min səkkiz yüz iyirmi üç manat doxsan altı qəpik) manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, BE254156 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 3145,99 (üç min yüz qırx beş manat doxsan doqquz qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2025-ci il tarixli, BE269259 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 836,99 (səkkiz yüz otuz altı manat doxsan doqquz qəpik) manat əsas, xx.xx.2024-cü il tarixli, BE086548 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 377,99 (üç yüz yetmiş yeddi manat doxsan doqquz qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2024-cü il tarixli, BE180603 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 458,99 (dörd yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat əsas olmaqla, ümumilikdə 4823,96 (dörd min səkkiz yüz iyirmi üç manat doxsan altı qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar