Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(5-121)-197/2026 20.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı QSC Cavabdeh qarşı TAK000327 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 390 manat, cərimə borcu qismində 58.50 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və 0.40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslandırılması: İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X7 ilə cavabdeh X5 arasında bağlanmış TAK000327 saylı xx.xx.2024-cü il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən cavabdeh 390 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X7 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X6 X4 qarşı 390 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 390 manat əsas borcu, 58.50 manat cərimə borcu yaranıb. Lakin İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli 2022 saylı sorğusuna Gəncə şəhər 6 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli cavabından məlum olmuşdur ki, X2 adına xx.xx.2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və mərhum X2 vərəsəsi arvadı Cavabdeh müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak 364.69 manat pul vəsaiti, ünvan 1 müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak 364.69 manat pul vəsaiti, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi, VAZ 21214 minik markalı, 20EF490 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin ödənməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olub. Cavabdehin iddia tələbinə qarşı münasibəti: Cavabdehin ünvanına göndərilmiş xx.xx.2026-cı il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. İş materialları əlavə edilmiş: X7 ilə X5 arasında bağlanmış TAK000327 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsindən görünür ki, X5 390 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay hissə-hissə ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, xx.xx.2024 tarixli, TAK000327 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan 4 ədəd “kama 185/70/16” adlı ümumi dəyəri 390 manat olan mal alıcı X5 tərəfindən təhvil aınmışdır. Gəncə şəhəri 6 saylı Notariat ofisinin 29 dekabr 2025-ci il tarixli 1043 nömrəli məktubundan görünür ki, X2 vərəsəsi arvadı: ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh miras əmlakdan irs almışdır. Miras əmlaklar: 364.69 manat pul vəsaiti, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi, VAZ 21214 minik markalı ** EF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunu xx.xx.2025-ci il tarixədək ödəməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, TAK000327 nömrəli alqı-satqı müqaviləsi üzrə borclu X2 xx.xx.2025-ci il tarixə 390 manat əsas borc, 58.5 manat cərimə borcu olmaqla, ümumulikdə 448.5 manat borcu yaranmışdır. İddiaçı QSC ilə X7 arasında imzalanan R-1663/22 nömrəli, 27 oktyabr 2022-ci il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X6 X4 qarşı 390 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən: Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyəşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-ci maddəsinə əsasən Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Sübutların tədqiqi və məhkəmənin mövqeyi : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, X7 ilə X5 arasında bağlanmış TAK000327 saylı xx.xx.2024-cü il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən X5 390 manat dəyərində malı 6 ay müddətinə hər ay hissə-hissə ödəmək şərtilə alıb. Bundan sonra İddiaçı QSC ilə X7 arasında imzalanan faktorinq müqaviləsinə əsasən X6 X4 qarşı 390 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. X1 müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçıya əsas borcun əvəzi qismində 390 manat və cərimə borcu qismində 58.50 manat borcu yaranmışdır. Bundan sonra X5 vəfat etmiş və Gəncə şəhər 6 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli cavabından məlum olmuşdur ki, X2 vərəsəsi arvadı Cavabdehdır. Miras əmlaklar: 364.69 manat pul vəsaiti, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi, VAZ 21214 minik markalı ** EF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İddiaçı mərhum X2 ödənilməmiş borcunu onun vərəsəsindən tələb etsədə borclunun vərəsəsi- Cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırda Cavabdeh miras əmlakı qəbul edib, miras əmlakın aktivlərindən faydalanmasına baxmayaraq, miras qoyqanın öhdəliklərini icra etməmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli, 2V-96, 2V-97, xx.xx.2025-ci il tarixdə 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X3 arvadı Cavabdeh qanun üzrə vərəsəsi qismində tanındığına görə, o, vərəsə olaraq X3 öhdəlikləri üçün də cavabdehdir və iddiaçı qarşısında ödənilməmiş öhdəliyini icra etməlidir. Bundan başqa məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsalanaraq hesab edir ki, 58.50 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, TAK 000327 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 390 manat və cərimə qismində 10 manat, cəmi 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan baqa iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqından ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 0,40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, TAK 000327 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış ödənilməmiş əsas borc qismində 390 manat və cərimə borcu qismində 10 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və xidmət haqqına görə 0.40 manat olmaqla, cəmi 430.40 manat (dörd yüz otuz manat qırx qəpik) məbləğində pul tutularaq İddiaçı Kommersiya Bankı ASC-yə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №e-2(5-121)-197/2026
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-121)-197/2026
20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver