Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(5-121)-283/2026 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMCnun Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün, 879.51 manat ödənilməmiş hissə, 87.95 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün 482.8 manat ödənilməmiş hissə, 48.28 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 427.61 manat ödənilməmiş hissə, 42.8 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********99666 XİAOMİ REDMİ 14C üçün 363. manat ödənilməmiş hissə, 36.3 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DESMAL QURUDUCUSU AYEN üçün 71.74 manat ödənilməmiş hissə, 7.17 manat cərimə borcu olmaqla ümumilikdə 2447.13 manat borc və 44.48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən İmei kod **********63485 İPHONE 15 PRO, APPLE ADAPTER, İmei kod **********73454 SAMSUNG GALAXY A55, HİSENSE TV, LG LED TV, İmei kod **********23700 SAMSUNG GALAXY A24 almış və nəticədə 4129.76 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2848.92 manat (12 ay x 237.41 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********63485 İPHONE 15 PRO, APPLE ADAPTER üçün 2363.91 manat olmaqla ondan, 2149.01 manat ödənilməmiş hissə, 214.90 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1182.06 manat (18 ay x 65.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********73454 SAMSUNG GALAXY A55 üçün 794.08 manat olmaqla ondan 721.89 manat ödənilməmiş hissə, 72.19 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 648 manat (12 ay x 39 manat + 180 manat ilkin ödəniş) olan HİSENSE TV üçün 385.2 manat olmaqla ondan 350.22 manat ödənilməmiş hissə, 35.02 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1400.04 manat (18 ay x 77.78 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün 342 manat olmaqla ondan 310.88 manat ödənilməmiş hissə, 31.09 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 500.4 manat (18 ay x 27.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********23700 SAMSUNG GALAXY A24 üçün 244.56 manat olmaqla ondan 222.33 manat ödənilməmiş hissə, 22.23 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2825.09 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin məcəllənin 284-4.1.3-cü maddəsinə görə, məhkəmə, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırkı işdə iddia ərizəsinə tələbi təsdiq edən sənədlər əlavə edilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh müqavilələr üzrə yaranmış borcu tələb etsə də, tələb edilən borc məbləğini təsdiq edən Cavabdeh və İddiaçı MMC arasında bağlanmış müqavilələr ərizəyə əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş müqavilələr isə iddia edilən borc məbləğlərinə aid olan müqavilələr deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizənin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-121)-283/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-283/2026
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver