Azərbaycan Respublikası adından Qətnamə Goranboy rayonu İş № e-2(5-122)-159/2026 17.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSI Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu 863971074247493 OPPO A3X markalı telefon, X1 1 il Xidməti üçün 148.9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 14.89 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu 861686076181738 Honor X6B markalı telefon üçün 48.87 manat ödənilməmiş hissə, 4.89 manat cərimə borcu olmaqla, ümumilikdə 241.15 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx'’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, «xxxx» MMC ##.##.2006-cı il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir; ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyanın təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh “xxxx” MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti İmei Kodu 863971074247493 OPPO A3X markalı telefon, X1 1 il Xidməti 339.2 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin Cavabdeh müqavilə əsasında yaranan borcu 12 ay ərzində aylıq 24.1 manat, 50 manat ilkin ödəniş olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyanın təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh “xxxx” MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti İmei Kodu 861686076181738 Honor X6B markalı telefon 270 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin Cavabdeh müqavilə əsasında yaranan borcu 12 ay ərzində aylıq 22.5 manat, 0 manat ilkin ödəniş olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; ## ###### 2026-cı il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 241.15 manat borcu yaranmışdır; Xəbərdarlıqdan görünür ki, «xxxx» MMC Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. ##.##.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 148.9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 14.89 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 48.87 manat ödənilməmiş hissə, 4.89 manat cərimə borcu olmaqla, ümumilikdə 241.15 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-nin 214-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 148.9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 14.89 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 48.87 manat ödənilməmiş hissə, 4.89 manat cərimə borcu olmaqla, ümumilikdə 241.15 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kazım Vəliyev
Məhkəmə qərarları › İş №e-2(5-122)-159/2026
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-122)-159/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver