Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(5-123)-160/2026 28.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Camalzadə Cavid Əhməd oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1954-cü il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini nəzərdən keçirərək müəyyən etdi ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(005)-4705/2025 nömrəli qərardadından görünür ki, ərizəçi X3 anası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və iş üzrə rəy alınması üşün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 PHŞ-nə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. Qeyd olunan iş üzrə ekspert rəyi məhkəməyə daxil olduğu üçün mülki iş üzrə icraat xx.xx.2026-cı il tarixdə təzələnmiş və məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1954-cü il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın (qəbzin nömrəsi: **********44, tarix: xx.xx.2026-cı il). Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №e-2(5-123)-160/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-123)-160/2026
28.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver