Məhkəmə qərarları › İş №e-2(5-123)-186/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-123)-186/2026

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(5-123)-186/2026 30.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, iddiaçı Soliton LTD MMC X1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Soliton LTD MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 613 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı Soliton LTD MMC iddia ərizəsində tələbini əsaslandırdığı halları, yəni Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının əslini əlavə etməmişdir. Bu hal verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olnunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-cü maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Buna görə də məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar iddiaçı Soliton LTD MMC tərəfindən verilmiş ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, iddiaçı Soliton LTD MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2,284-4.1.3, 263, 264, 268-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Soliton LTD MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçı Soliton LTD MMC tərəfindən xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına dövlət rüsumu kimi ödənilmiş 30 manat geri qaytarılsın. İddiaçı Soliton LTD MMC ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar