Məhkəmə qərarları › İş №e-2(5-123)-19/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-19/2026

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-19/2026 30.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli 05722165 saylı faktura üzrə 418 manat 86 qəpik əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 manat 60 qəpik, 41 manat 87 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli ********** saylı faktura üzrə 230 manat 20 qəpik əsas, 23 manat 02 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 22 manat 28 qəpik əsas, 02 manat 23 qəpik cərimə borcu, xx.xx.2025-ci il tarixli 10654153 saylı faktura üzrə 51 manat 71 qəpik əsas, 05 manat 17 qəpik cərimə borcu, xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 195 manat 36 qəpik əsas borc, 19 manat 54 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli 06473597 saylı faktura üzrə 54 manat əsas, İnnovativ Layihələr Mərkəzinə 23 manat 60 qəpik, 05 manat 40 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli 12203790 saylı faktura üzrə 61 manat 13 qəpik əsas, 06 manat 11 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 367 manat 46 qəpik əsas, 36 manat 75 qəpik cərimə borcu və xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 94 manat 04 qəpik əsas, 09 manat 40 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1668 manat 14 qəpik pulun və 36 manat 69 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında müxtəlif tarixlərdə fakturası üzrə nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən sonuncu aldığı məhsulların müqabilində hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı məhsulları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 1668 manat 14 qəpik borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2025-ci il tarixli 05722165 saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı İmei kodu **********14026 “Xiaomi Redmi 13” markalı mobil telefon, “Casio” ol saatı müqabilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 29 manat 94 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ********** saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı zəmanət+3 il, “TCL Led TV” müqabilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 28 manat 90 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ********* saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı zəmanət+1 il xidməti, çaydan “Daewoo” müqabilində hər ayın 30-dan gec olmamaqla 12 ay müddətində 3 manat 29 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli 10654153 saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı “Xiaomi charger”, “Cable Samsung” müqabilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 3 manat 50 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli ********* saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı “X1” musiqi mərkəzi müqabilində hər ayın 30-dan gec olmamaqla 12 ay müddətində 12 manat 22 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 06473597 saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı İmei kod **********72637 ”Nokia 110“ müqabilində hər ayın 30-dan gec olmamaqla 12 ay müddətində 6 manat 75 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 12203790 saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı “Casio” qol saatı müqbilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 4 manat 72 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviənin tərkib hissəsi olan sonuncu aldığı zəmanət+ 3 il xidməti, paltaryuyan “Hoffmann” müqabilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 30 manat 68 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ********* saylı fakturası üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqavilənin tərkib hissəsi olan sonuncu aldığı zəmanət+3 il xidməti, “Radiator Hoffmann” müqabilində hər ayın 30-dan gec olmamaqla 12 ay müddətində 11 manat 77 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2025-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 05722165 saylı faktura üzrə 418 manat 86 qəpik əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 manat 60 qəpik, 41 manat 87 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli ********** saylı faktura üzrə 230 manat 20 qəpik əsas, 23 manat 02 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 22 manat 28 qəpik əsas, 02 manat 23 qəpik cərimə borcu, xx.xx.2025-ci il tarixli 10654153 saylı faktura üzrə 51 manat 71 qəpik əsas, 05 manat 17 qəpik cərimə borcu, xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 195 manat 36 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli 06473597 saylı faktura üzrə 54 manat əsas, İnnovativ Layihələr Mərkəzinə 23 manat 60 qəpik, 05 manat 40 qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli 12203790 saylı faktura üzrə 61 manat 13 qəpik əsas, 06 manat 11 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 367 manat 46 qəpik əsas, 36 manat 75 qəpik cərimə borcu və xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 94 manat 04 qəpik əsas, 09 manat 40 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1668 manat 14 qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə cədvəli tərtib olunmuşdur. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 36 manat 69 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli 05722165 saylı faktura, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə, xx.xx.2024-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-ci il tarixli 10654153 saylı faktura, xx.xx.2025-ci il ********* saylı faktura, xx.xx.2024-cü il tarixli 06473597 saylı faktura, xx.xx.2024-cü il tarixli 12203790 saylı faktura, xx.xx.2024-cü il tarixli müqavilə və xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlıqları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu və əlavə xərclərin ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulunun və İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, xx.xx.2025-ci il tarixli 05722165 saylı faktura üzrə nisyə alqısatqı müqaviləsi üzrə hesablanmış cərimə məbləğinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 15 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 36 manat 69 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 05722165 saylı fakturası üzrə 418.86 əsas, 15 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat məbləğində rüsum, xx.xx.2024-cü il tarixli ********** saylı fakturası üzrə 230.20 əsas, 23.02 manat cərimə borcu, xx.xx.2024-cü il ********* saylı fakturası üzrə 22.28 əsas, 2.23 cərimə, xx.xx.2025-ci il tarixli 10654153 saylı faktura üzrə 51.71 əsas, 5.17 cərimə, xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 195.36 manat əsas, 19.54 manat cərimə, xx.xx.2024-cü il tarixli 06473597 saylı faktura üzrə 54 manat əsas, İnnovativ Layihələr Mərkəzinə 23.60 qəpik, 5.40 cərimə, xx.xx.2024-cü il tarixli 12203790 saylı faktura üzrə 61.13 əsas, 6.11 cərimə, xx.xx.2024-cü il trixli müqavilə üzrə 367.46 əsas, 36.75 manat cərimə və xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 94.04 əsas, 09.40 manat cərimə borcu olmaqla, ümumilikdə 1664.86 məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 36.69 məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar