Məhkəmə qərarları › İş №e-2(5-123)-192/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-192/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-192/2026 25.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddia üzrə borcun tutulması tələbinə dair mülki işə Göyçay Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxarq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh ilə bağladığı xx.xx.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 639 manat 90 qəpik olan «Honor» markalı mobil telefonu 18 ay müddətinə hər ay 36 manat ödəmək şərti ilə, xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 475 manat 40 qəpik olan “Samsung” markalı mobl telefonu və xarici akumulyatoru 18 ay müddətinə hər ay 27 manat ödəmək şərti ilə və xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1159 manat 90 qəpik olan “HP” markalı notebook və aksesuarları 18 ay müddətinə hər ay 65 manat ödəmək şərti ilə nisyə satmışdır. İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 495 manat 90 qəpik əsas borc, 74 manat 30 qəpik cərimə borcu, cəmi 570 manat 20 qəpik, xx.xx.2024-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 313 manat 40 qəpik əsas borc, 47 manat cərimə borcu, cəmi 360 manat 40 qəpik, xx.xx.2024-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 768 manat 90 qəpik əsas borc, 115 manat 30 qəpik cərimə borcu, cəmi 884 manat 20 qəpik ümumilikdə üç müqavilə üzrə 1578 manat 20 qəpik əsas borc, 236 manat 60 qəpik cərimə,cəmi 1814 manat 80 qəpik borcun və ödənilmiş 38 manat 14 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu ünvana göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2026-cı il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən 495 manat 90 qəpik əsas, 743 manat cərimə, ümumilikdə 1238 manat 90 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 639 manat 90 qəpik olan «Honor» markalı mobil telefonu 18 ay müddətinə hər ay 36 manat ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əlavə №1-ən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik bir faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.Cərimə məbləğinə tətbiq edilən güzəşt 90 faiz. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən 313 manat 40 qəpik əsas, 47 manat cərimə, ümumilikdə 360 manat 40 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 475 manat 40 qəpik olan “Samsung” markalı mobl telefonu və xarici akumulyatoru 18 ay müddətinə hər ay 27 manat ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əlavə №1-ən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik bir faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 768 manat 90 qəpik əsas, 115 manat 30 qəpik cərimə, ümumilikdə 884 manat 20 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 1159 manat 90 qəpik olan “HP” markalı notebook və aksesuarları 18 ay müddətinə hər ay 65 manat ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əlavə №1-ən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik bir faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli,012174899 saylı,xx.xx.2024-cü il tarixli,012076332 saylı və xx.xx.2024-cü il tarixli,012076333 saylı nisyə alqı-satqı müqavilələrinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulduğundan, müqavilələr hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-i ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqavilələri bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı,xx.xx.2024-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı "xxxx" MMC verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Ona görə də Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 495 manat 90 qəpik əsas borc, 74 manat 30 qəpik cərimə borcu, cəmi 570 manat 20 qəpik, xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 313 manat 40 qəpik əsas borc, 47 manat cərimə borcu cəmi 360 manat 40 qəpik, xx.xx.2024cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 768 manat 90 qəpik əsas borc, 115 manat 30 qəpik cərimə borcu, cəmi 884 manat 20 qəpik, ümumilikdə üç müqavilə üzrə 1578 manat 20 qəpik əsas borc, 236 manat 60 qəpik cərimə, cəmi 1814 manat 80 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38 manat 14 qəpik məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 495 manat 90 qəpik əsas borc, 74 manat 30 qəpik cərimə borcu cəmi 570 manat 20 qəpik, xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 313 manat 40 qəpik əsas borc, 47 manat cərimə borcu cəmi 360 manat 40 qəpik, xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 768 manat 90 qəpik əsas borc, 115 manat 30 qəpik cərimə borcu, cəmi 884 manat 20 qəpik, ümumilikdə üç müqavilə üzrə 1578 manat 20 qəpik əsas borc, 236 manat 60 qəpik cərimə, ümumilikdə 1814 manat 80 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 38 manat 14 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar