Məhkəmə qərarları › İş №e-2(5-123)-278/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-123)-278/2026

20.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(5-123)-278/2026 20.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarına əsasən 0.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-485F KOD 40813018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1, X3 ilə bərabər Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ərizə Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı tərəfindən imzlanmışdır. Ərizədə Ərizəçi tərəfindən Nümayəndə Nemət qızına etibarnamə verilməsinə baxmayaraq, qeyd edilən etibarnamədə Ərizəçi Nümayəndə Nemət qızı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində göstərilmiş məhkəmələrdə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi qeyd edilməmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mingəçevir şəhər vəkillər Bürosunun müdiri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli vəkil orderində vəkil Nümayəndə Nemət qızı ilə kimin arasında hüquqi yardımın göstərilməsi ilə bağlı Ərizəçi ilə bağlanmış müqavilənin nömrəsi və tarixi, tağşırığın yerinə yetirildiyi təşkilatın adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, Nümayəndə Nemət qızı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizə və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Nümayəndə Nemət qızı tərəfindən ********** nömrəli xx.xx.2026-cı il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Nümayəndə Nemət qızına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar