Məhkəmə qərarları › İş №e-2(5-123)-60/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-123)-60/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(5-123)-60/2026 04.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin (VÖEN: **********) nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 173.48 manat ödənilməmiş hissə, 17.35 manat cərimə borcu olmaqla, ümumilikdə 190.83 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək borclu - Cavabdeh müqavilə üzrə borc öhdəliyini tamamilə yerinə yetirdiyi üçün iddiadan imtina etdiklərini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunan əsaslara görə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ********** nömrəli, xx.xx.2026-cı il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-ə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən ********** nömrəli, xx.xx.2026-cı il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar