Məhkəmə qərarları › İş №e-2(5-124)-114/2026

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-124)-114/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(5-124)-114/2026 06.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1072,80 manat (bir min yetmiş iki manat, səksən qəpik) məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, saat 07:45 radələrində Bakı-Qazax yolunun 20-ci kilometrliyində tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Mercedes Benz E220” markalı, **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən, “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus metal təhlükəsizlik səddi yarasız hala düşmüşdür. DYP əməkdaşı tərəfindən tərtib edilən TP4824787 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qiymətləndirmə aktında göstərilmişdir ki, “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanı avtomobilə vurulmuş maddi zərər 300,00 (üç yüz) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus metal təhlükəsizlik səddinə dəymiş maddi zərər isə 772,80 (yeddi yüz yetmiş iki manat, səksən qəpik) manat məbləğində təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA105589 saylı sığorta aktı tərtib edilməklə “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 300,00 (üç yüz) manat, PXA105591 saylı sığorta aktı tərtib edilməklə isə metal səddə dəymiş zərərə görə isə 772,80 (yeddi yüz yetmiş iki manat, səksən qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. (ümumilikdə 1072,80 (bir min yetmiş iki manat səksən qəpik) manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh , xx.xx.2022-ci il tarixdə “Mercedes Benz E220” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus metal təhlükəsizlik səddi yarasız hala düşmüşdür. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zedələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat, metal səddə dəymiş zərərə görə isə 772,80 (yeddi yüz yetmiş iki manat, səksən qəpik) ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən Cavabdeh hesabına 300 manat (üç yüz) manat məbləğində sığorta ödənişi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə 772,80 (yeddi yüz yetmiş iki manat, səksən qəpik) sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Mercedes Benz E220 CDİ” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-in 332.1-ci, 327.6-cı, 327.1-ci maddələrində göstərilən inzibati xətanı törətdiyindən 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Mercedes Benz E220 CDİ” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 arasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”na dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş PXA105591 nömrəli Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh xx.xx.2023-cü il tarixdə “Mercedes Benz E220 CDİ” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş, həmin zaman avtomobillə toqquşduqdan sonra dəmir maneəyə dəymişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəymiş maddi zərərə görə 772,80 manat sığorta ödənişi olunmuşdur. İş materiallarına əlavə edilmiş PXA105589 nömrəli Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh “Mercedes Benz E220 CDİ” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-məqliyyat hadisəsi törətmiş və “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərə görə 300 manat sığorta ödənişi olmuşdur. İşdə olan “Auto Box” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat ziyan dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 772,80 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İcbari sığorta haqqında qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixdə “Mercedes Benz E220” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Sonata” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus metal təhlükəsizlik səddinə zərər yetirmiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və hadisə yerindən yayınması nəticəsində vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 1072,80 (bir min yetmiş iki manat, səksən qəpik) manat vurulmuş zərər məbləği və məhkəmə xərci olaraq 31 (otuz bir) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(5-124)-114/2026 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 09:50-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:00-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar