Məhkəmə qərarları › İş №e-2(5-124)-17/2026

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-124)-17/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(5-124)-17/2026 13.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı (bundan sonra-İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 18 iyul 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş Apple İphone 16 Pro Max 256 GB Black Titanium markalı cihazın qalıq borcu 3298.95 (üç min iki yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat borc məbləğinin və ödənilmiş 52.99 (əlli iki manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 18 iyul 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3299,00 (üç min iki yüz doxsan doqquz manat) manat təşkil edən Apple İphone 16 Pro Max 256 GB Black Titanium markalı telefon cihazı verilmişdir. Cavabdeh alıb qızı isə cihazın dəyərini aylıq 183,28 manat olmaqla 18 ay müddətinə ödəməli olmasına baxmayaraq, cəmi 0,5 qəpik ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırda Cavabdeh borcu 3298,95 (üç min iki yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə Abonent tərəfindən müqavilə üzrə ödənişlərini müəyyən edilmiş qrafikə uyğun olaraq tam və vaxtında icra etməlidir. Abonent Müqavilə üzrə ödənişləri tam və vaxtında etmədikdə Operator Abonentə yazılı və ya SMS bildiriş göndərərək borcun ödənilməsini tələb edir. Bildirişdə göstərilən müddət ərzində borcun ödənilməsi həyata keçirilmədiyi halda Operator birtərəfli qaydada Müqaviləyə xitam vermək, Abonentdən icra edilməmiş öhdəliklərini tam və dərhal yerinə yetirilməsini tələb etmək və malın İMEİ kodunu/kodlarını bloklamaq hüququna malikdir. Müqaviləyə xitam verildikdən sonra Abonent borc məbləğini tam şəkildə ödəmədikdə Operator borcun məcburi qaydada tutulması üçün hüquqi tədbir görmək hüququna malikdir. Müqavilənin 5.5.2-ci maddəsinə görə Abonent müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, Operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Müqavilənin 5.5.3-cü maddəsinə görə Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi Tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, BKC/2025/1221021/570 nömrəli müqavilədən və əlavədən görünür ki, İddiaçı MMC alıcıya dəyəri 3299 (üç min iki yüz doxsan doqquz) manat İmei kod İMEL 1: **********18371, İMEL 2: **********82759 Apple İphone 16 Pro Max 256 GB Black Titanium markalı telefon dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh Apple İphone 16 Pro Max 256 GB Black Titanium markalı telefon cihazı üçün həmin müqavilə üzrə hər ay 183.28 (bir yüz səksən üç manat iyirmi səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2026-cı il tarixli İddiaçı MMC-nin maliyyə və xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMCdən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 3299 (üç min iki yüz doxsan doqquz) manat olan İMEL 1: **********18371, İMEL 2: **********82759 Apple İphone 16 Pro Max 256 GB Black Titanium markalı telefon almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3298,95 (üç min iki yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat borcunu ödəməmişdir. xx.xx.2025-ci il tarixli bildiriş-pretenziyadan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh tərəfindən məhkəmə bildirişi xx.xx.2026-cı il tarixdə təvil alınmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli, BKC/2025/1221021/570 nömrəli müqaviləyə əsasən İMEL 1: **********18371, İMEL 2: **********82759 Apple İphone 16 Pro Max 256 GB Black Titanium markalı telefon üçün 3298.95 (üç min iki yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat ödənilməmiş pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 52.99 (əlli iki manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3298.95 (üç min iki yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat borc məbləği və 52.99 (əlli iki manat doxsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № e-2(5-124)-17/2026 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar