Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(5-124)-51/2026 20.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 1722 (min yeddi yüz iyirmi iki) manat olan İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapteri dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapter üçün 638 manat ilkin ödəniş olmaqla hər ay 108,4(yüz səkkiz manat, qırx qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 495 (dörd yüz doxsan beş) manat olan İmei kod **********31078 oppo A40Mi dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********31078 oppo A40M üçün 135 manat ilkin ödəniş olmaqla hər ay 30 (otuz) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
Məhkəmədə icraat:
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapter üçün 757(yeddi yüz əlli yeddi) manat ödənilməmiş hissə, 75,70(yetmiş beş manat, yetmiş qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********31078 oppo A40M üçün 360(üç yüz altmış) manat ödənilməmiş hissə, 36(otuz altı) manat cərimə olmaqla, ümumilikdə 1228,7 manat borc, 32,29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapter, İmei kod **********31078 oppo A40Mni almış və nəticədə 1228,70 (min iki yüz iyirmi səkkiz manat, yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1722 (min yeddi yüz iyirmi iki) manat (10 ay x 108,4 manat + 638 manat ilkin ödəniş) olan İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapter üçün ümumilikdə, 832,7(səkkiz yüz otuz iki manat, yetmiş qəpik ) manat olmaqla ondan, 757(yeddi yüz əlli yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 75,70(yetmiş beş manat, yetmiş qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 495 (dörd yüz doxsan beş) manat (12 ay x 30 manat + 135 manat ilkin ödəniş) olan İmei kod **********31078 oppo A40M üçün ümumilikdə, 396(üç yüz doxsan altı) manat olmaqla ondan, 360(üç yüz altmış) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36(otuz altı) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
5. İş materiallarına əlavə edilmiş Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının Nadil Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2026-cı il tarixdə Cavabdeh qardaşına təhvil verilmişdir.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 430,92-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
9. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 1722 (min yeddi yüz iyirmi iki) manat olan İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapterni dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapter üçün 638(altı yüz otuz səkkiz) manat ilkin ödəniş olmaqla hər ay 108,4(yüz səkkiz manat, qırx qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
10. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 495 (dörd yüz doxsan beş) manat olan İmei kod **********31078 oppo A40Mni dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********31078 oppo A40M üçün 135(yüz otuz beş)manat ilkin ödəniş olmaqla hər ay 30 (otuz) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
11. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********51792 olan iphone 13, paket xxxl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, apple adapter üçün 638(altı yüz otuz səkkiz) manat ilkim ödəniş olmaqla 10 ay müddətinə ödəmək şərti ilə dəyəri 1722 (min yeddi yüz iyirmi iki) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 757(yeddi yüz əlli yeddi)manat ödənilməmiş hissə və həmin məbləğə güzəşt olunaraq 75,70(yetmiş beş manat, yetmiş qəpik) manat cərimə hesablanmışdır, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********31078 oppo A40M üçün 135(yüz otuz beş) manat ilkin ödəniş olmaqla 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 495 (dörd yüz doxsan beş) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 360(üç yüz altmış) manat borcunu ödəməmiş və həmin məbləğə 36(otuz altı) manat cərimə hesablanmışdır.
12. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
13. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
14. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 757(yeddi yüz əlli yeddi)manat ödənilməmiş hissə, 20(iyirmi) manat cərimə; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 360(üç yüz altmış) manat ödənilməmiş hissə, 10(on) manat cərimə tutularaq iddiaçıya verilməlidir.
18. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 32,29 (otuz iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 757(yeddi yüz əlli yeddi)manat ödənilməmiş hissə, 20(iyirmi) manat cərimə; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 360(üç yüz altmış) manat ödənilməmiş hissə, 10(on) manat cərimə borcu olmaqla ümumilikdə 1147(min yüz qırx yeddi) manat borc məbləği və məhkəmə xərci olaraq 32,29 (otuz iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə