Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(5-124)-67/2026 23.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı mülki işə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket L xidməti, Apple adapter, İmei kod **********42686 İphone 11 üçün, 825,06 (səkkiz yüz iyirmi beş manat, altı qəpik) manat ödənilməmiş hissə, 82,51 (səksən iki manat, əlli bir qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, Paket M xidməti, Samsung charger, İmei kod **********95619 Samsung Galaxy A25 üçün, 664,18 (altı yüz altmış dörd manat, on səkkiz qəpik) manat ödənilməmiş hissə, 66,42 (altmış altı manat, qırx iki qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********37325 Xiaomi Redmi 12, zəmanət + 1İL xidməti üçün 111,95 (bir yüz on bir manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 11,20 (on bir manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1761,31 manat borc, 37,62 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, məhkəmənin icraatında olan e-2(5-124)-67/2026 saylı işin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(5-124)-67/2026
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-124)-67/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver