Məhkəmə qərarları › İş №e-2(5-125)-81/2026

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-125)-81/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(5-125)-81/2026 17.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ona ayrılmış kreditin tam məbləğini, yəni 3550 (üç min beş yüz əlli) manat pulu, gecikdirilmiş günlər üzrə hesablanmış faiz borcunun əvəzi olaraq 5538 (beş min beş yüz otuz səkkiz) manatın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2025-ci il tarixdə ümumi dəyəri 4050 manat olan “İPhone 17 Pro 256 GB Deep Blue” markalı telefonu “10line store” mağazasından əldə etmişdir. Bu zaman cavabdehlə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh bir ay ərzində 3550 manat olmaqla ödəniş etməli olduğu halda bu günə qədər heç bir ödəniş etməmişdir. Müqavilə imzalandıqdan sonra cavabdeh telefonu əldə etsə də, onun dəyərini ödəmək kimi öhdəliyini hal-hazıra qədər icra etməmiş və icra etməkdən qanunsuz olaraq yayınmışdır. İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə dəyəri 4050 manat olan mobil telefon satılmış, cavabdeh ilkin ödəniş kimi 500 manat ödəmiş, lakin qalan 3550 manat borcunu ödəməkdən qəsdən yayınmışdır. Bu barədə pretenziya məktubları poçt vasitəsilə cavabdehə təqdim edilmişdir. Hazırda iddia tələbi üzrə sadəcə ödənilməmiş əsas borcun cavabdehdən tutulmasını xahiş edir. Gecikdirilmiş günlər üzrə hesablanmış faiz borcunu və cəriməni isə tələb etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 08112025b saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 4050 manat olan 1 ədəd “İPhone 17 Pro 256 GB Deep Blue” markalı telefon satılmış, alıcı isə 500 manat ilkin ödəniş edilməklə əşyanın ümumi dəyərini 1 ay müddətinə 3550 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixli, 08112025b saylı alqı-satqı müqaviləsi üzrə 3550 manat məbləğində əsas, 5538 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9088 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün 3 gün müddətində vaxt verilmiş, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini icra edərək əmlakı alıcıya – cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş qaydada əmlakın dəyirinin ödənilməsini təmin etməmişdir. Borclu Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən və iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iddia tələbinin gecikdirilmiş günlər üzrə hesablanmış faiz borcunun əvəzi olaraq 5538 (beş min beş yüz otuz səkkiz) manatın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı məhkəmə hazırlıq iclası zamanı sadəcə əsas borcu tələb etdiyini və gecikdirilmiş günlər üzrə hesablanmış faiz borcunu tələb etmədiyini bildirdiyindən həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən həmin hissəyə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,50 (əlli beş manat əlli qəpik) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3550 (üç min beş yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,50 (əlli beş manat əlli qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3550 (üç min beş yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,50 (əlli beş manat əlli qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar