Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-112/2026 24.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturaya əsasən İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti üçün 232,22 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 23,22 manat cərimə, 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı fakturaya əsasən İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 2776,32 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 277,63 manat cərimə, ümumilikdə 3356,59 manat borc və 53,57 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 437,22 manat (6 ay + 58,37 manat + 87 manat ilkin ödəniş) olan İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti almış, 232,22 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 23,22 manat cərimə borcu yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 3363,52 manat (18 ay + 154,24 manat + 587,2 manat ilkin ödəniş) olan İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti almış, 2776,32 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 277,63 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 792,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh hər iki faktura üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 03 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturaya əsasən İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti üçün 232,22 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 23,22 manat cərimə, 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı fakturaya əsasən İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 2776,32 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 277,63 manat cərimə, ümumilikdə 3356,59 manat borc və 53,57 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 29 yanvar 2026-cı il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 05 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış həmin müqavilə 10 (on) il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. - 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 87 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 58,37 manat olmaqla cəmi 437,2 manat dəyərində İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti satılmışdır. - 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 587,2 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 154,24 manat olmaqla cəmi 3363,5 manat dəyərində İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. - 05 may 2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, 05 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - 03 dekabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 05 fevral 2025-ci il tarixli müqavilə üzrə öhdəliklərinin icrası ilə əlaqədar üç iş günü ərzində riayət olunmadığı təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 19 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri əsasında cavabdehə satılmış İmei kodu **********82763 olan Xıaomi Redmi 14C və markalı telefonun açılıb-bağlanılması xidmətinə görə 23,6 manat və İmei kodu **********51466 olan İphone 15 pro markalı telefonun açılıb-bağlanılması xidmətinə görə 23,6 manat – ümumilikdə 47,2 manat pul ödənilmişdir. - 19 yanvar 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 05025826 saylı faktura üzrə 437,22 manat borc məbləğindən 205 manat ödəniş etmiş, 232,22 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 23,22 manat cərimə, 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı faktura üzrə 3363,52 manat borc məbləğindən 587,2 manat ödəniş etmiş, 2776,32 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 277,63 manat cərimə - hər iki müqavilə üzrə cəmi 3356,59 manat borcu qalmışdır. - 22 yanvar 2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 53,57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 10 (on) il müddətinə 05 fevral 2025-ci il tarixli ********** saylı müqavilə bağlanılmışdır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Həmin müqavilənin əlavələri – 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturaya əsasən 87 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 58,37 manat olmaqla cəmi 437,22 manat dəyərində İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti, 05 may 2025-ci il tarixli 05996766 saylı fakturaya əsasən 587,2 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 154,24 manat olmaqla cəmi 3363,52 manat dəyərində İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 792,2 manat təşkil edir. Cavabdehin 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturaya əsasən İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti üçün 232,22 manat borcu qalmış, həmin borca 23,22 manat cərimə, 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı faktura üzrə 2776,32 manat borcu qalmış, həmin borca 277,63 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqavilələri əsasında satılmış İmei kodu **********82763 olan Xıaomi Redmi 14C və markalı telefonun açılıbbağlanılması xidmətinə görə 23,6 manat və İmei kodu **********51466 olan İphone 15 pro markalı telefonun açılıb-bağlanılması xidmətinə görə 23,6 manat – ümumilikdə 47,2 manat pul ödənilmişdir. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 05 fevral 2025-ci il tarixli 05025826 saylı fakturaya əsasən İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti üçün 232,22 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 23,22 manat cərimə, 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı fakturaya əsasən İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 2776,32 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 277,63 manat cərimə cərimə, ümumilikdə 3356,59 manat borc və 53,57 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 05 fevral 2025-ci il tarixli 05025826 saylı faktura üzrə 232,22 manat ödənilməmiş hissə və 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 05 may 2025-ci il tarixli 05996766 saylı faktura üzrə 2776,32 manat ödənilməmiş hissə və 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum məbləğinin tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 277,63 manat və 23,22 manat cərimə məbləğləri alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 277,63 manat və 23,22 manat cərimə məbləğləri tutulmasına dair hissəsi qismən - 194,34 manat və 16,25 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 3266,33 (232,22 manat ödənilməmiş hissə + 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum + 16,25 manat cərimə + 2776,32 manat ödənilməmiş hissə + 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum + 194,34 manat cərimə) manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 52,66 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ödənilmiş 53,57 manat dövlət rüsumunun 0,91 manat hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 05025826 saylı faktura üzrə İmei kodu **********82763 olan Xıaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti, paket L xidməti üçün 232,22 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 16,25 manat cərimə, 05 fevral 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi - 05 may 2025-ci il tarixli 05996766 saylı faktura üzrə İmei kodu **********51466 olan İphone 15 pro, Apple adapter, Glass, vinil mat, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 2776,32 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 194,34 manat cərimə və 52,66 manat dövlət rüsumu, cəmi 3318 (üç min üç yüz on səkkiz) manat 99 (doxsan doqquz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Ödənilmiş 53,57 manat dövlət rüsumunun 0,91 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(5-132)-112/2026
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-112/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver