Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-3/2026 11.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat borcun, 22,5 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 215 manat dəyərində nisyə aldığı mala görə 15 manat ilkin ödəniş olaraq ödəmiş,qalıq 200 manat borcu isə dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olan sazişə əsasən X1 Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququ Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Belə ki, cavabdehin 150 manat əsas borcu, 22,5 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehdən 150 manat borcun, 22,5 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 07 yanvar 2026-cı il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı rayon Hacıhətəmli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin Bakı şəhərində naməlum ünvanda yaşadığını, valideyinlərinin də ərazidə yaşamaması səbəbindən məhkəmə sənədlərinin təqdim etmək mümkün olmadığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş -18 may 2021-ci il tarixli R-806/21 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, X2 ilə İddiaçı MMC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə imzalanmışdır. -25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 tərəfindən Cavabdeh 215 manat dəyərində əşya satılmış, cavabdeh əşyanı qəbul etmiş, borcu müqavilə ilə müəyyənləşdirilmiş müddətində ödəməyi öhdəsinə götürmüşdür. -18 may 2021-ci il tarixli R-806/21 nömrəli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2025-ci il tarixli, R-8xx/xx-0153 saylı sazişdən müəyyən olunur ki, X1 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı müqavilə üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. -16 dekabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat əsas, 22,5 manat cərimə olmaqla cəmi 172,5 manat borcu vardır. -17 dekabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, müqavilə üzrə 180 manat borcun 20 dekabr 2025-ci il tarixədək ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -19 dekabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 15 manat ilkin ödəniş etdikdən sonra 215 manat dəyərində nisyə mal satılmış, cavabdeh aldığı mala görə qalıq 200 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X1 cavabdehə qarşı olan 200 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş təqdim edilsə də cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 150 manat əsas, 22,5 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 22,5 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 202,9 manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25 yanvar 2025-ci il tarixli CKA000579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 22,5 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 202 (iki yüz iki) manat 90 (doxsan) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(5-132)-3/2026
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-3/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver