Məhkəmə qərarları › İş №e-2(5-132)-84/2026

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-84/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-84/2026 17.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən İmei kodu **********89868 olan Honor X8C markalı telefon üçün 553,8 manat ödənilməmiş hissə, 55,38 manat cərimə, ümumilikdə 609,18 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 649,8 manat (18 ay + 32,6 manat + 63 manat ilkin ödəniş) olan İmei kodu **********89868 olan Honor X8C markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə müqavilə üzrə 553,8 manat ödənilməmiş hissə və 55,38 manat cərimə borcu yaranmışdır. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğ 96 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh müqavilə üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 09 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı faktura üzrə İmei kodu **********89868 olan Honor X8C markalı telefon üçün 553,8 manat ödənilməmiş hissə, 55,38 manat cərimə, ümumilikdə 609,18 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 19 yanvar 2026cı il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış həmin müqavilə 10 (on) il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. - 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı fakturanın surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 63 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 32,6 manat olmaqla cəmi 649,8 manat dəyərində İmei kodu **********89868 olan Honor X8C markalı telefon satılmışdır. - 01 may 2025-ci il tarixli bildirişdən görünür ki, 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - 09 dekabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 01 may 2025-ci il tarixli müqavilə üzrə öhdəliklərinin icrası ilə əlaqədar üç iş günü ərzində riayət olunmadığı təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 10 yanvar 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı faktura üzrə 649,8 manat borc məbləğindən 96 manat ödəniş etmiş, 553,8 manat ödənilməmiş hissə, 55,38 manat cərimə - cəmi 609,18 manat borcu qalmışdır. - 13 yanvar 2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 10 (on) il müddətinə 01 may 2025-ci il tarixli ********** saylı müqavilə bağlanılmışdır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Həmin müqavilənin əlavəsi - 01 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən iddiaçı tərəfindən cavabdehə 63 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 32,6 manat ödəmək şərtilə cəmi 649,8 manat dəyərində İmei kodu **********89868 olan Honor X8C markalı telefon satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 96 manat ödəniş etmiş, 553,8 manat borcu ödənilməmiş qalmış, həmin borca 55,38 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 553,8 manat ödənilməmiş hissə və 55,38 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 609,18 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı faktura üzrə İmei kodu **********89868 olan Honor X8C markalı telefon üçün 553,8 manat ödənilməmiş hissə, 55,38 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 639,18 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 01 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 may 2025-ci il tarixli ********* saylı faktura üzrə İmei kodu **********89868 olan Honor X8C markalı telefon üçün 553,8 manat ödənilməmiş hissə, 55,38 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 639 (altı yüz otuz doqquz) manat 18 (on səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar