Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(5-134)-70/2026 23.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, BE131539 saylı müqaviləyə əsasən 220,79 (iki yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, BE147026 saylı müqaviləyə əsasən 742 (yeddi yüz qırx iki manat) manat əsas borc, BE050487 saylı müqaviləyə əsasən 327,76 (üç yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat əsas borc, BE129418 saylı müqaviləyə əsasən 459,99 (dörd yüz əlli doqquz manat doxsan doqquz qəpik) manat əsas borc, ümumilikdə 1750,54 (bir min yeddi yüz əlli manat əlli dörd qəpik) manat borcun və 38 (otuz səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Kürdəmir Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE131539 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 29-dən gec olmamaqla 23 (iyirmi üç manat) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE147026 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 25dən gec olmamaqla 53 (əlli üç manat) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE050487 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 24dən gec olmamaqla 50 (əlli manat) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE129418 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 25dən gec olmamaqla 34 (otuz dörd manat) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE131539 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh ilkin ödəniş 22 manat olmaqla 428.79 manat ümumi borcun 18 ay müddətinə aylıq 23 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE147026 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh ilkin ödənişsiz 953.99 manat ümumi borcun 18 ay müddətinə aylıq 53 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE050487 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh ilkin ödəniş 50 manat olmaqla 927.76 manat ümumi borcun 18 ay müddətinə aylıq 50 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE129418 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh ilkin ödənişsiz 599.99 manat ümumi borcun 18 ay müddətinə aylıq 34 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materialarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli borca dair arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, BE131539 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə 220.79 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə isə 220.79 manat, xx.xx.2024-cü il tarixli, BE147026 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə 742 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə isə 742 manat, xx.xx.2024-cü il tarixli, BE050487 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə 327.76 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə isə 327.76 manat, xx.xx.2024-cü il tarixli, BE129418 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə 459.99 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə isə 459.99 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı avadanlığın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BE131539 saylı alqı-satqı müqaviləsi üzrə 220.79 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE147026 saylı alqı-satqı müqaviləsi üzrə 742 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE050487 saylı alqı-satqı müqaviləsi üzrə 327.76 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE129418 saylı alqı-satqı müqaviləsi üzrə 459.99 manat əsas borc və 38 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BE131539 saylı alqı-satqı müqaviləsi üzrə 220.79 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE147026 saylı alqı-satqı müqaviləsi üzrə 742 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE050487 saylı alqı-satqı müqaviləsi üzrə 327.76 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE129418 saylı alqı-satqı müqaviləsi üzrə 459.99 manat əsas borc olmaqla, ümumilikdə 1750.54 (min yeddi yüz əlli manat əlli dörd qəpik) manat borc və 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(5-134)-70/2026
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-134)-70/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver