Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(5-135)-46/2026 19.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 141.00 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-dən borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 450 (dörd yüz əlli) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdeh müqavilə ( müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 141 (bir yüz qırx bir) manat borcu qalmışdır.
İş materialları :
3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli bor müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 450 AZN məbləğində məişət avadanlığı əldə etmiş, 42 AZN ilkin ödəniş etmiş və qalan 408 AZN məbləği 12 ay müddətində aylıq 34 AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 1 ədəd Samsung Galaxy A 14 SM-A145 4/128GB Black mobil telefonu Cavabdeh təhvil verilmişdir.
5. xx.xx.2026-cı il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :
1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
8. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.
10. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və mülki iş icraata qəbul edilmişdir.
11. xx.xx.2026-cı il tarixdə İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı MMCnin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
14. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı mülki iş materiallarına əlavə edilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu (Ödəyici: Soliton LTD MMC; Vöen: **********; Qəbzin nömrəsi: **********, Tarix: xx.xx.2026, saat: 12:06) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
15. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu (Ödəyici: Soliton LTD MMC; Vöen: **********; Qəbzin nömrəsi:**********, Tarix:xx.xx.2026, saat: 12:06) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Qax rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Asim Mirzəzadə