Məhkəmə qərarları › İş №e-2(5-136)-61/2026

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-136)-61/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(5-136)-61/2026 05.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Qabyuyan Bosch, X1 3 İl Xidməti üçün 2201.4(iki min iki yüz bir,40 qəpik) manat ödənilməmiş hissə, 220.14(iki yüz iyirmi,14 qəpik) manat dəbbə xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, olan LG TV, X1 3 İl Xidməti üçün 1609.56(min altı yüz doqquz,56 qəpik) manat ödənilməmiş hissə, 160.96(yüz altmış,96 qəpik) manat dəbbə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Bosch, Zəmanət + 3 İL Xidməti üçün 2838.48(iki min səkkiz yüz otuz səkkiz,48 qəpik) manat ödənilməmiş hissə, 283.35(iki yüz səksən üç,35 qəpik) manat dəbbə, ümumilikdə 7314.38 manat borc, 93,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırnışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, Qabyuyan Bosch,X13 İl Xidməti, Lg Tv, X13 İl Xidmsoəytui,Ducu Bosch ,Zəmanət + 3 İl Xidməti almış və nəticədə 7314.38(yeddi min üç yüz on dörd,38 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2315.4(iki min üç yüz on beş,40 qəpik) manat (18 ay x 122.3 manat + 114 manat ilkin ödəniş) olan Qabyuyan Bosch,X13 İl Xidməti üçün ümumilikdə, 2421.54(iki min dörd yüz iyirmi bir,54 qəpik) manat olmaqla ondan, 2201.4 (iki min iki yüz bir,40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 220.14 (iki yüz iyirmi,14 qəpik) manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1809.56 (min səkkiz yüz doqquz,56 qəpik) manat (18 ay x 89.42 manat + 200 manat ilkin ödəniş) olan LG TV, X1 3 İl Xidməti üçün ümumilikdə, 1770.52(min yeddi yüz yetmiş,52 qəpik) olmaqla ondan, 1609.56(min altı yüz doqquz,56 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 160.96(yüz altmış,96 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3608.48(üç min altı yüz səkkiz,48 qəpik) manat (24 ay x 118.27 manat + 770 manat ilkin ödəniş) olan Soyuducu Bosch, Zəmanət + 3 İL Xidməti üçün ümumilikdə, 3122.33(üç min yüz iyirmi iki,33 qəpik) manat olmaqla ondan, 2838.48(iki min səkkiz yüz otuz səkkiz,48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 283.35 (iki yüz səksən üç,35 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1084 manat təşkil edir. xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 114 manat ödəmək şərtilə 18 ay əzində hissə-hissə ödəmək şərtilə Qabyuyan Bosch, X13 İl Xidməti 2315,40 manat məbləğinə "xxxx" MMCdən almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 200 manat ödəmək şərtilə 18 ay əzində hissə-hissə ödəmək şərtilə LG TV, X1 3 İl Xidməti 1809,49 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 770 manat ödəmək şərtilə 18 ay əzində hissə-hissə ödəmək şərtilə Soyuducu Bosch, Zəmanət + 3 İL Xidməti 3608,48 manat məbləğinə "xxxx" MMC-dən almışdır. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-yə borcu barədə xx.xx.2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2201,40 manat, cərimə qismində 220,14 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsinin əlavəsi üzrə ödənilməmiş əsas borc qismində 1609,56 manat, cərimə qismində 160,96 manat və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2838,48 manat, cərimə qismində 283,35 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 220,14 manat təşkil edən cərimə məbləğinin 20 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsinin əlavəsi üzrə 160,96 manat təşkil edən cərimə məbləğinin 10 manat və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsi üzrə 283,35 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2201,40 manat, cərimə qismində 20 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsinin əlavəsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1609,56 manat, cərimə qismində 10 manat və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2838,48 manat, cərimə qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borcun əvəzi qismində xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2201,40 manat, cərimə qismində 20 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsinin əlavəsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1609,56 manat, cərimə qismində 10 manat və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2838,48 manat, cərimə qismində 20 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 87 manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar