Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-120/2026 03.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1507,84 manat əsas borc, 150,78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1492,91 manat əsas borc, 149,29 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 955,04 manat əsas borc, 95,50 manat cərimə borcu olmaqla, ümumilikdə 4351,37 manat borc və 63,52 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd X4 13 Markalı Kompüter, 7 Ədəd Ps5 X2 almış və nəticədə 4351,37 (dörd min üç yüz əlli bir manat, 37 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2088 (iki min səksən səkkiz) manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan X4 13 Markalı Kompüter üçün ümumilikdə, 1658,62 (min altı yüz əlli səkkiz manat,62 qəpik) manat olmaqla ondan, 1507,84 (min beş yüz yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 150,78 (yüz əlli manat,78 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2088 (iki min səkəsn səkkiz) manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan X4 13 Markalı Kompüter üçün ümumilikdə, 1642,20 (min altı yüz qırx iki manat, 20 qəpik) manat olmaqla ondan, 1492,91 (min dörd yüz doxsan iki manat, 91 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 149,29 (yüz qırx doqquz manat, 29 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1077,72 (min yetmiş yeddi manat,72 qəpik) manat (12 ay x 89.81 manat + 0 manat ilkin ödəniş) olan 7 Ədəd Ps5 X2 üçün ümumilikdə, 1050,54 (min əlli manat, 54 qəpik) manat olmaqla ondan, 955,04 (doqquz yüz əlli beş manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95,50 (doxsan beş manat, 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1297.93 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMCdən 2088 manat dəyərində olan X4 13 Markalı Kompüter nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2088 manat dəyərində olan X4 13 Markalı Kompüter nisyə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1077,72 manat dəyərində olan 7 Ədəd Ps5 X2 nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdən görünür ki, Cavabdeh aldığı əşyaların dəyərini qismən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1507,84 manat əsas borc, 150,78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1492,91 manat əsas borc, 149,29 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 955,04 manat əsas borc, 95,50 manat cərimə borcu olmaqla, ümumilikdə 4351,37 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1507,84 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1492,91 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 955,04 manat əsas borc, dövlət rüsumuna görə 60 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1507,84 manat əsas, 16 manat cərimə, xx.xx.2024cü il tarixli müqavilə üzrə 1492,91 manat əsas, 15 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 955,04 manat əsas, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 3996,79 (üç min doqquz yüz doxsan altı manat yetmiş doqquz qəpik) manat borc və dövlət rüsumuna görə 60 (altmış) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(5-137)-120/2026
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-120/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver