Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-151/2026 10.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi- xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, İMEİ KODU **********28268 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 380,04 (üç yüz səksən manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 38 (otuz səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 06412111 saylı fakturaya əsasən, XANEDAN CARPAYİ, MATRAS - FLORA, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 230,53 (iki yüz otuz manat 53 qəpik) manat ödənilməmiş hissə, 23,05 (iyirmi üç manat 05 qəpik) manat cərimə ümumilikdə 695,23 manat borc 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025- cü il tarixli ********* saylı faktura və xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 06412111 saylı fakturaya əsasən İMEİ KODU **********28268 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ, XANEDAN - CARPAYİ, MATRAS - FLORA, ZƏMANƏT + 3 il Xidməti almış və nəticədə 695,23 (altı yüz doxsan beş manat, 23 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 380,04 (üç yüz səkəsən manat, 04 qəpk) manat (12 ay x 31,67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********28268 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün ümumilikdə, 441,64 (dörd yüz qırx bir manat, 64 qəpik) manat olmaqla ondan, 380,04 (üç yüz səksən manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli 06412111 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 366,8 (üç yüz altmış altı manat, 80 qəpik) manat (12 ay x 28,9 manat + 20 manat ilkin ödəniş) olan XANEDAN - CARPAYİ, MATRAS - FLORA, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 253,58 (iki yüz əlli üç manat, 58 qəpik) manat olmaqla ondan, 230,53 (iki yüz otuz manat 53 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23,05 (iyirmi üç manat 05 qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 136,27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura və xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 06412111 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı: Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı faktura və xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 06412111 saylı fakturaya əsasən İMEİ KODU **********28268 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ, XANEDAN - CARPAYİ, MATRAS - FLORA, ZƏMANƏT + 3 il Xidməti almış və nəticədə 695,23 (altı yüz doxsan beş manat, 23 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 380,04 (üç yüz səkəsən manat, 04 qəpk) manat (12 ay x 31,67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********28268 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün ümumilikdə, 441,64 (dörd yüz qırx bir manat, 64 qəpik) manat olmaqla ondan, 380,04 (üç yüz səksən manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli 929960 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 06412111 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 366,8 (üç yüz altmış altı manat, 80 qəpik) manat (12 ay x 28,9 manat + 20 manat ilkin ödəniş) olan XANEDAN - CARPAYİ, MATRAS - FLORA, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 253,58 (iki yüz əlli üç manat, 58 qəpik) manat olmaqla ondan, 230,53 (iki yüz otuz manat 53 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23,05 (iyirmi üç manat 05 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İddiaçı həmin məbləğlərin ödənilməsini tələb edir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh "xxxx" MMC-yə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və buna görə də borcun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən üzrə 380,04 ( üç yüz səksən manat, 4 qəpik) manat ödənilməmiş hissənin, xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsixx.xx.2025-ci il tarixli 06412111 saylı fakturaya əsasən 230,53 (iki yüz otuz manat, 53 qəpik) manat ödənilməmiş hissənin tutulmasını əsaslı sayır. Həmçinin, məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehdən xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 38 (otuz səkkiz) manat, xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 06412111 saylı fakturaya əsasən 23,05 (iyirmi üç manat, 05 qəpik) manat tələb edilən cərimələri tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimə məbləğlərinin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onların azaldılması, yəni xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 4(dörd) manat və xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 06412111 saylı fakturaya əsasən üzrə 2(iki) manat cərimənin tutulmasını yetərli və ədalətli hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 30 manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən üzrə 380,04 ( üç yüz səksən manat, 4 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 4 (dörd) manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 06412111 saylı fakturaya əsasən 230,53 (iki yüz otuz manat, 53 qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 380,04 ( üç yüz səksən manat, 4 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 4 (dörd) manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 06412111 saylı fakturaya əsasən 230,53 (iki yüz otuz manat, 53 qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №e-2(5-137)-151/2026
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-151/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver