Məhkəmə qərarları › İş №e-2(5-137)-2/2026

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-2/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-2/2026 12.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 662,33 manat əsas borc, 66,23 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 630,15 manat əsas borc, 63,02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 409,65 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 40,97 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 190,24 manat əsas borc, 19,02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 147,12 manat əsas borc, 14,71 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71,28 manat əsas borc, 7,13 manat cərimə borcu olmaqla, ümumilikdə 2345,45 manat borc və 43,46 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********10674 olan Oppo Reno 12f markalı telefon, Blackvıew qulaqlıq, X3 2 il xidməti, Hoffmann Tv, X3 3 il xidməti, İMEİ kodu **********11073 olan Oppo A40m markalı telefon, X3 3 il xidməti, Kıeslect qol saatı, X33 il xidməti, Huaweı qulaqlıq, Porodo Powerbank almış və nəticədə 2345,45 (iki min üç yüz qırx beş manat 45 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 855,94 (səkkiz yüz əlli beş manat, 94 qəpik) manat (18 ay x 47,33 manat + 4 manat ilkin ödəniş) olan MEİ Kodu **********10674 olan Oppo Reno 12f markalı telefon, Blackvıew qulaqlıq, X3 2 il xidməti üçün ümumilikdə, 728,56 (yeddi yüz iyirmi səkkiz manat, 56 qəpik) manat olmaqla ondan, 662,33 (altı yüz altmış iki manat, 33 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,23 (altmış altı manat, 23 qəpik) manat cərimə. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 657,6 (altı yüz əlli yeddi manat, 60 qəpik) manat (24 ay x 27,4 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Tv, X3 3 il xidməti üçün ümumilikdə, 693,17 (altı yüz doxsan üç manat, 17 qəpik) manat olmaqla ondan, 630,15 (altı yüz otuz manat, 15 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63,02 (altmış üç manat, 02 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 491,58 (dörd yüz doxsan bir manat, 58 qəpik) manat (18 ay x 27,31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********11073 olan Oppo A40m markalı telefon, X3 3 il xidməti üçün ümumilikdə, 474,22 (dörd yüz yetmiş dörd manat. 22 qəpik) manat olmaqla ondan, 409,65 (dörd yüz doqquz manat, 65 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum,müştəriyə güzəşt olunaraq 40,97 (qırx manat, 97 qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 221,58 (iki yüz iyirmi bir manat, 58 qəpik) manat (18 ay x 12,31 manat + 0 manat ilkin ödəniş) olan Kıeslect qol saatı, X33 il xidməti üçün ümumilikdə, 209,26 (iki yüz doqquz manat, 26 qəpik) manat olmaqla ondan, 190,24 (yüz doxsan manat, 24 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,02 (on doqquz manat, 02 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 220,68 (iki yüz iyirmi manat, 68 qəpik) manat (18 ay x 12,26 manat + 0 manat ilkin ödəniş) olan Huaweı qulaqlıq üçün ümumilikdə, 161,83 (yüz altmış bir manat, 83 qəpik) manat olmaqla ondan, 147,12 (yüz qırx yeddi manat, 12 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14,71 (on dörd manat, 71 qəpik ) manat cərimə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 106,92 (yüz altı manat, 92 qəpik) manat (12 ay x 8,91 manat + 0 manat ilkin ödəniş) olan Porodo Powerbank üçün ümumilikdə, 78,41 (yetmiş səkkiz manat, 41 qəpik) manat olmaqla ondan, 71.28 (yetmiş bir manat 28 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,13 (yeddi manat, 13 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 443,53 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 855,94 manat dəyərində olan İMEİ Kodu **********10674 olan Oppo Reno 12f markalı telefon, Blackvıew qulaqlıq, X3 2 il xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 657,6 manat dəyərində olan Hoffmann Tv, X3 3 il xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 491,58 manat dəyərində olan İMEİ kodu **********11073 olan Oppo A40m markalı telefon, X3 3 il xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 221,58 manat dəyərində olan Kıeslect qol saatı, X33 il xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 220,68 manat dəyərində olan Huaweı qulaqlığı nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 106,92 manat dəyərində olan Porodo Powerbankı nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 47,33 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 12,26 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 662,33 manat əsas borc, 66,23 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 630,15 manat əsas borc, 63,02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 409,65 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 40,97 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 190,24 manat əsas borc, 19,02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 147,12 manat əsas borc, 14,71 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71,28 manat əsas borc, 7,13 manat cərimə olmaqla, ümumilikdə 2345,45 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 662,33 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 630,15 manat əsas borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 409,65 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 190,24 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147,12 manat əsas borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71,28 manat əsas borc, dövlət rüsumuna görə 41,35 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4-cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 662,33 manat əsas, 7 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 630,15 manat əsas borc, 7 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 409,65 manat əsas, 5 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 190,24 manat əsas, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147,12 manat əsas borc, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71,28 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 2134,77 manat borc və dövlət rüsumuna görə 41,35 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar