Məhkəmə qərarları › İş №e-2(5-140)-34/2026

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-140)-34/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-140)-34/2026 23.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket XXL xidməti, Samsung 25W compact charger, İmei kod**********86621 Samsung Galaxy S23 FE, vinil mat üçün 1078,87 manat ödənilməmiş hissə, 107,89 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Paket XXL xidməti, vinil şəffaf, İMEİ kod **********37392 Oppo Reno 11 üçün 751,54 manat ödənilməmiş hissə, 75,15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, Huawei matebook D 15 kompüter üçün 599,08 manat ödənilməmiş hissə, 59,91 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən HP printer üçün 321,96 manat ödənilməmiş hissə, 32,2 manat cərimə, cəmi ümumilikdə 3026,6 manat borc və 50,27 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinə əsasən XXL xidməti, Samsung 25W compact charger, İmei kod**********86621 Samsung Galaxy S23 FE, vinil mat, Paket XXL xidməti, vinil şəffaf, İMEİ kod **********37392 Oppo Reno 11, zəmanət+ 3i li xidməti, Huawei matebook D 15 kompüter, HP printer almış və nəticədə 3026,6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2159,1 manat (18 ay x 119.95 manat + 0 manat ilkin ödəniş) olan PAKET XXXL xidməti, Samsung 25w Compact Charger, İmei kod **********86621 Samsung Galaxy S23 FE, VİNİL MAT üçün 1186,76 manat olmaqla ondan, 1078,87 manat ödənilməmiş hissə, 107,89 manat cərimə pulu,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1229,94 manat (18 ay x 68,33 manat + 0 manat ilkin ödəniş) olan PAKET XXL xidməti, vinil şəffaf, İmei kod **********37392 OPPO RENO 11 üçün 826,69 manat olmaqla ondan, 751,54 manat ödənilməmiş hissə, 75,15 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1799,04 manat (24 ay x 74,96 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, Huawei Matebook D 15 kompüter üçün 658,99 manat olmaqla ondan 599,08 manat ödənilməmiş hissə, 59,91 manat cərimə pulu, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 351,96 manat (12 ay x 29,33 manat + 0 manat ilkin ödəniş) olan HP printer üçün 354,16 manat olmaqla ondan 321,96 manat ödənilməmiş hissə, 32,20 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2788,59 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdeh tərəfindən tələb edilmədiyinə görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC ilə paket XXL xidməti, Samsung 25W compact charger, İmei kod**********86621 Samsung Galaxy S23 FE, vinil mat, zəmanət+ 3i li xidməti, Huawei matebook D 15 kompüter, Paket XXL xidməti, vinil şəffaf, İMEİ kod **********37392 Oppo Reno 11-ə dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarına əsasən Cavabdeh HP printer, paket XXL xidməti, Samsung 25W compact charger, İmei kod**********86621 Samsung Galaxy S23 FE, vinil mat, zəmanət+ 3i li xidməti, Huawei matebook D 15 kompüter, Paket XXL xidməti, vinil şəffaf, İMEİ kod **********37392 Oppo Reno 11 adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli 577726 saylı Müqaviləyə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)İ sonuncuya sifariş verir, sonuncu həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq ləavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə qaytarır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 577726 saylı müqavilənin əlavəsinə əsasən HP printer xx.xx.2025-ci il tarixdə ********* faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket XXL xidməti, Samsung 25W compact charger, İmei kod**********86621 Samsung Galaxy S23 FE, vinil mat üçün 1078,87 manat ödənilməmiş hissə, 107,89 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Paket XXL xidməti, vinil şəffaf, İMEİ kod **********37392 Oppo Reno 11 üçün 751,54 manat ödənilməmiş hissə, 75,15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən zəmanət+ 3i li xidməti, Huawei matebook D 15 kompüter üçün 599,08 manat ödənilməmiş hissə, 59,91 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən HP printer üçün 321,96 manat ödənilməmiş hissə, 32,2 manat cərimə, cəmi ümumilikdə 3026,6 borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2023cü və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin alqı-satqı müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının alqı-satqı müqavilələri üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 107,89 manat, 75,15 manat, 59,91 manat və 32,2 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 53,5 manat, 37,5 manat, 29,5 manat və 16 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2887,95 manat olduğundan (1078,87 manat əsas + 53,5 manat cərimə; 751,54 manat əsas + 37,5 manat cərimə; 599,08 manat əsas + 29,55 manat cərimə; 321,96 manat əsas + 16 manat cərimə) iddiaçı tərəfindən ödənilmiş 50,27 manat dövlət rüsumunun 48,87 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 1,4 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket XXL xidməti, Samsung 25W compact charger, İmei kod **********86621 Samsung Galaxy S23 FE, vinil mat üçün 1078,87 manat ödənilməmiş hissə, 53,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Paket XXL xidməti, vinil şəffaf, İMEİ kod **********37392 Oppo Reno 11 üçün 751,54 manat ödənilməmiş hissə, 37,5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən zəmanət+ 3i li xidməti, Huawei matebook D 15 kompüter üçün 599,08 manat ödənilməmiş hissə, 29,5 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən HP printer üçün 321,96 manat ödənilməmiş hissə, 16 manat cərimə, cəmi 2887,95 manat borc və 48,87 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,4 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar