Məhkəmə qərarları › İş №e-2(5-140)-44/2026

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-140)-44/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-140)-44/2026 23.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 220 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 22:30 radələrində Bakı şəhəri, Sumqayıt küçəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəfdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E220” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilən TP5458417 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz E220” markalı, **-EK-***dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 720 manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA128478/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 720 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən şirkətə tələb olunan məbləğin 500 manat hissəsi ödənilmişdir. Məbləğin 220 manat hissəsi isə ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatrılması üçün ünvan 1ndəlik tərəfindən imtina əsası ilə məhkəməyə geri qaytarılmışdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, TP5458417 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən sürücü Cavabdeh “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatında qeyd edilir ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı küçəsində hərəkətdə olarkən idarə etməni itirmiş və yol kənarında dayanmış “Mercedes Benz E220” markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Ciddi bir şey olmadığndan və tələsdiyindən orada dayanmayıb yolunu davam etmişdir. PXA********** saylı xx.xx.2022-ci il tarixli İcbari sığorta müqaviləsinə əsasən X3 məxsus “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi – xx.xx.2023-cü il. PXA128478 saylı Sığorta Aktının surətinə əsasən sığortlanmış “VAZ 21074” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E220” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Akta əsasən sığorta predmetinə 720 manat ziyan dəymişdir. Sığorta ödənişi X1 hesab nömrəsinə köçürülməlidir. "xxxx" MMC-nin “Dəymiş zərərin hesablanmasına dair aktı”na əsasən “Mercedes Benz E220” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə vurulan ziyana və görülən işlərə görə cəmi 720 manat ödənilməlidir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Bakı küçəsi ərazisində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E220” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Dəymiş zərər tərəflərindən zərərçəkənə ödənilmişdir. Ondan tərəflərindən ödənilmiş 720 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir. "xxxx" ASC-nin Ödəniş tapşırığının surətinə əsasən PXA128478 saylı akt üzrə X1 hesab nömrəsinə 720 manat ödənilmişdir. "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixlərdə baş vermiş yol nəqliyyat hadisələri nəticəsində Sumqayıt DYPŞ-si tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1 və 327.6-cı maddələrinin tələblərini pozduğuna görə İnzibati tənbeh vermə haqqında protokol və İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Cavabdeh Sumqayıt DYPŞ-də verdiyi izahatında “Mercedes Benz E220” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını etiraf etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 220 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar