Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-140)-65/2026 10.03.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Soyuducu Beko, zəmanət + 3 il xidmət üçün 598,77 manat ödənilməmiş hissə, 59,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********85017 Samsung Galaxy A16, blender Panasonic üçün 348,84 manat ödənilməmiş hissə, 34,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Samsung TV, Yupiter asqı, paket extra TV xidməti üçün 2425,49 manat ödənilməmiş hissə, 242,55 manat cərimə, cəmi ümumilikdə 3710,41 manat borc və 57,11 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Soyuducu Beko, zəmanət + 3 il xidməti, İMEİ kod **********85017 Samsung Galaxy A16, blender Panasonic, 2 ədəd Samsung TV, Yupiter asqı, Paket extra tv xidməti və nəticədə 3710,41 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1411,2 manat (12 ay x 74,9 manat + 63 manat ilkin ödəniş) olan soyuducu Beko, zəmanət + 3 il xidməti üçün ümumilikdə, 658,65 manat olmaqla ondan, 598,77 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59,88 manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 505,92 manat (12 ay x 0 manat + 67 manat ilkin ödəniş) olan İmei kod **********85017 Samsung Galaxy A16, blender Panasonic üçün ümumilikdə, 383,72 manat olmaqla ondan, 348,84 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2531,04 manat (24 ay x 105,46 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Samsung tv, Yupiter asqı, Paket extra tv xidməti üçün ümumilikdə, 2668,04 manat olmaqla ondan, 2425,49 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 242,55 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1075,06 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdi. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onun ünvanına göndərilmiş, lakin cavabdehdən heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 06652223 saylı xx.xx.2024-cü il tarixli Müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC ilə Soyuducu Beko, zəmanət + 3 il xidmətinə dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. ********** saylı xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)İ sonuncuya sifariş verir, sponuncu həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq ləavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə qaytarır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış ********** saylı xx.xx.2024 saylı müqavilənin əlavəsinə əsasən MEİ kod **********85017 Samsung Galaxy A16, blender Panasonic 09549213 faktura ilə xx.xx.2025-ci il tarixdə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış ********** saylı xx.xx.2024 saylı müqavilənin əlavəsinə əsasən 2 ədəd Samsung TV, Yupiter asqı, paket extra TV xidməti 01444890 faktura ilə xx.xx.2025-ci il tarixdə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarına əsasən Cavabdeh Soyuducu Beko, zəmanət + 3 il xidməti, İMEİ kod **********85017 Samsung Galaxy A16, blender Panasonic, 2 ədəd Samsung TV, Yupiter asqı, Paket extra tv xidməti adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Soyuducu Beko, zəmanət + 3 il xidmət üçün 598,77 manat ödənilməmiş hissə, 59,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən , İMEİ kod **********85017 Samsung Galaxy A16, blender Panasonic üçün 348,84 manat ödənilməmiş hissə, 34,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Samsung TV, Yupiter asqı, paket extra TV xidməti üçün 2425,49 manat ödənilməmiş hissə, 242,55 manat cərimə, cəmi 3710,41 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan avadanlıqları cavabdehə vermiş, lakin cavabdeh avadanlıqların dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 59,88 manat, 34,88 manat və 242,55 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 19 manat, 10 manat və 40 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3442,1 manat olduğundan (598,77 manat əsas + 19 manat cərimə; 348,84 manat əsas + 10 manat cərimə; 2425,49 manat əsas + 40 manat cərimə) iddiaçı tərəfindən ödənilmiş 57,11 manat dövlət rüsumunun 54,42 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 2,69 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Soyuducu Beko, zəmanət + 3 il xidmət üçün 598,77 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********85017 Samsung Galaxy A16, blender Panasonic üçün 348,84 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Samsung TV, Yupiter asqı, paket extra TV xidməti üçün 2425,49 manat ödənilməmiş hissə, 40 manat cərimə, cəmi 3442,1 manat borc və 54,42 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2,69 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(5-140)-65/2026
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-140)-65/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver