Məhkəmə qərarları › İş №e-2(5-141)-73/2026

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-141)-73/2026

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(5-141)-73/2026 02.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, İddiaçı MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri məhkəməyə ərizə göndərərək borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün iddiadan imtina etdiyini, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə baxılmasından imtina edildiyindən mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş, xx.xx.2026-cı il tarixli, ********** saylı qəbz üzrə 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş, xx.xx.2026-cı il tarixli, ********** saylı qəbz üzrə 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Dövlət rüsumunun qaytarılmasına dair hissədə qərarın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar